Çərşənbə, 22 İyul 2020 09:35

Məktəblərdə hansı məsələlər mütləq olaraq əmrlə rəsmiləşdirilməlidir? (SİYAHI)

Satışda olan "A-dan Z-yə: Kargüzarlıq" kitabının "Ümumi təhsil müəssisələrində kargüzarlığın aparılması" bölməsindən seçmə

Məktəblərdə əmrlərin verilməsi üçün xüsusi əmr kitabı olur. Məktəb üzrə əmr kitabının aparılmasına dair təlimatda aşağıdakı məsələlər nəzərdə tutulur:
1. Məktəb üzrə əmr kitabı (bundan sonra – Əmr kitabı) bütün ümumtəhsil məktəblərində aparılır.
2. Aşağıdakı məsələlər məktəb üzrə əmrlə rəsmiləşdirilir:
2.1. Yuxarı təşkilatların təhsillə bağlı qərar, əmr və sərəncamlarının icrası ilə bağlı nəzərdə tutulan tədbirlər.
2.2. Müəyyən edilmiş qaydalara uyğun olaraq, pedaqoji və tədris-yardımçı heyət işçilərinin işə qəbulu və işdən azad olunması.
2.3. Müəllimlərin və digər işçilərin məzuniyyətə buraxılması,ezamiyyətə, öyrədici treninqlərə, ixtisasartırma, təlim və yenidən hazırlanma kurslarına göndərilməsi.
2.4. Şagirdlərin digər rayon və şəhərlərə idman yarışlarına, olimpiadalara, müsabiqələrə, konfranslara və başqa bu kimi tədbirlərə göndərilməsi.
2.5. Hər bir dərs ilinin əvvəlində II-VIII siniflər üzrə şagirdlərin ümumi sayı (məsələn, II sinif – 45 nəfər, III sinif – 42 nəfər...), I, IX, X, XI siniflər üzrə şagirdlərin adlı siyahısı (S.A.A.)
2.6. Dərs ili ərzində, yay tətili müddətində məktəbə qəbul edilən və məktəbdən gedən şagirdlər.

2.7. Pedaqoji şuranın müvafiq qərarları əsasında:
- Müəllimlərin dərs bölgüsü, sinif rəhbərləri, dərnək və fənn kabinet rəhbərlərinin təyin edilməsi;
- Şagirdlərin buraxılış imtahanlarına buraxılması;
- Şagirdlərin sinifdən-sinfə keçirilməsi;
- Attestat alan şagirdlərin adlı siyahısı;
- İntizam tənbehləri, rəğbətləndirmə və mükafatlandırmalar;
- Təhsil qanunvericiliyinə uyğun zəruri hesab edilən digər məsələlər.
3. Kitab qaytanlanıb surğuclanıb və müəssisənin bilavasitə tabe olduğu təhsil qurumunun (təhsil şöbəsi (idarəsi), nazirlik) möhürü ilə təsdiq olunur.
4. Məktəbin direktoru dəyişildiyi zaman kitab mövcud qaydada tərtib edilən təhvil-təslim aktında qeyd olunur.
5. Məktəb üzrə vahid əmr kitabı aparılır.
6. Əmr kitabı məktəbdə daimi saxlanılır.

Mks.az saytının ekspertləri əmək qanunvericiliyinin şərh edildiyi “Əmək qanunvericiliyi və şərhlər toplusu - 2020” (II nəşr)

və kargüzarlığın təşkili, aparılması və bütün növ kadr rəsmiləşdirilməsini əhatə edən “A-dan Z-yə Kargüzarlıq” (III nəşr)

adlı 2 yeni nəşri SATIŞDA

 Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

 
 
 

 

Şərh yazın