Pandemiya ilə əlaqədar işçilərin ödənişli məzuniyyətə göndərilməsi necə tənzimlənir? (NÜMÜNƏVİ FORMA)

Pandemiya ilə əlaqədar işçilərin ödənişli məzuniyyətə göndərilməsi necə tənzimlənir? (NÜMÜNƏVİ FORMA)

Hal hazırda satışda olan satışda olan və Qalib Toğrulun müəllifi olduğu "A-dan Z-yə: Kargüzarlıq" kitabının "Karantin dövründə əmək münasibətlərinin rəsmiləşdirilməsi" bölməsindən seçmə

Koronavirus pandemiyası səbəbindən fəaliyyəti tam məhdudlaşdırılmış sahibkarlıq subyektlərində işçilərin ödənişli (burada əmək məzuniyyətindən söhbət getmir) və ya ödənişsiz məzuniyyətə göndərilməsi mümkündür. Bu, işəgötürənin maliyyə vəziyyətindən asılıdır. Əgər işəgötürənin maliyyə vəziyyəti qənaətbəxşdirsə, o zaman işçiləri ödənişli məzuniyyətə göndərə bilər.
Belə əmrin nümunəvi formasına baxaq:

Blank “Alov” MMC
ӘMR
№________


Bakı şәhәri ____ ____________2020-ci il

Koronavirus pandemiyası ilə bağlı işçilərin ödənişli məzuniyyətə göndərilməsi haqqında
Azәrbaycan Respublikasının Nazirlər Kabinetinin ___ __________2020-ci il tarixli, ___№-li qərarı ilə Səhmdar Cəmiyyətin fəaliyyətinin tam məhdudlaşdırılmasını nəzərə alaraq və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 146-cı maddəsinin birinci hissəsinə әsaslanaraq
ӘMR EDİRӘM:


1. ____ ___________ 2020-ci il tarixdən Səhmdar Cəmiyyətin Satış və Marketinq departamentlərinin işçiləri 1 (bir) ay müddətində ödənişli məzuniyyətə göndərilsin.
2. Baş mühasib Əliyev Tapdıq Samir oğlu ödənişli məzuniyyətə göndərilən işçilərin əmək haqlarının onların vəzifə maaşlarının üçdə ikisi hissəsi qədər hesablanaraq ödənilməsini təmin etsin.
3. Əmrin icrasına nəzarət Kadrlarla iş şöbәsinin mudiri Ağazadә Nazlı Hәsәnağa qızına həvalə olunsun.
4. İşçilərin əmrlə tanış olmaları həyata keçirilsin.

Direktor _______ Nәbili N.N.
Әmrlә tanış oldum:
Tarix: ________
__________ Qafarov S.M.
Tarix: ________
__________ Quliyev R.Ә.
Tarix: ________
...................................

Mks.az saytının ekspertləri əmək qanunvericiliyinin şərh edildiyi “Əmək qanunvericiliyi və şərhlər toplusu - 2020” (II nəşr)

və kargüzarlığın təşkili, aparılması və bütün növ kadr rəsmiləşdirilməsini əhatə edən “A-dan Z-yə Kargüzarlıq” (III nəşr)

adlı 2 yeni nəşri SATIŞDA

 Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]

0 Komment

    Şərh yazın

    Xəbərlər