Bəzi həmkarlarımızın işçilərin ixtisarı ilə bağlı etdiyi CİDDİ SƏHV

Bəzi həmkarlarımızın işçilərin ixtisarı ilə bağlı etdiyi CİDDİ SƏHV

"Əmək Qanunvericiliyi və Şərhlər Toplusu 2020" (II nəşr) kitabının "Karantin rejimdə əmək münasibətləri" bölməsindən seçmə

Karantin rejimdə mümkündür ki, işəgötürən müəyyən qrup işçilərin ixtisarına qərar versin. İxtisarın prosesi haqqında kitabın əmək müqaviləsinin xitamı bölməsində kifayət qədər məlumat vermişik. İndi isə, işçinin xəbərdarlqı müddəti əvəzinə ödəniş alması prosesi haqqında məlumat verək.

Misal. İşəgötürən qərar verir ki, pandemiyanın təsiri nəticəsində orta əmək haqqı 400 manat, iş stajı 1 ilədək olan işçini ixtisar etsin. İşəgötürən işçinin razılığı ilə Əmək Məcəlləsinin 77-ci maddəsinin birinci hissəsi ilə müəyyən edilmiş azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının 0,5 mislini bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verir.
Maraqlıdır ki, işəgötürən bu ödənişlə yanaşı, işçiyə Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsində nəzərdə tutulan bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında işdənçıxma müavinətini də ödəməlidir?
Bəzi həmkarlarımız hesab edirlər ki, işçi xəbərdarlıq müddətini gözləmədən iki həftə işləməklə həm əmək haqqı, həm də işdənçıxma müavinətini almalıdır. İşəgötürəni qane edir ki, işçi iki həftə işə gəlməsin, bunun müqabilində ona həm xəbərdarlıq əvəzinə ödənişi, həm də işdənçıxma müavinətini ödəsin.
Digər həmkarlarımızın mövqeyi isə belədir ki, xəbərdarlıq əvəzinə verilən ödəniş elə işdənçıxma müavətini əvəz etdiyi üçün, işçiyə hər hansı əlavə ödəniş olunmasına ehtiyac yoxdur.
Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsində işçinin əmək müqaviləsinə ştatların ixtisarı ilə əlaqəlar xitam verildikdə, təminat olaraq xəbərdarlıq müddəti əvəzinə əmək haqqının və işdənçıxarma müavinətinin ödənilməsi nəzərdə tutulur ki, bu ödənişlərin hər ikisi işçiyə verilməlidir.
İşçi xəbərdarlıq müddətində işləmək istəməsə, öz arzusu ilə xəbərdarlıq müddətini gözləmədən bu müddət üçün (və yaxud xəbərdarlıq müddətinin qalan mütənasib hissəsi üçün) müəyyən edilən orta əmək haqqını ala və işdən azad ola bilər. Adətən, bu o halda baş verir ki, işçi özünə yeni iş yeri tapır. Bu halda işdənçıxarma müavinəti də mütləq ödənilməlidir.

Mks.az saytının ekspertləri əmək qanunvericiliyinin şərh edildiyi “Əmək qanunvericiliyi və şərhlər toplusu - 2020” (II nəşr)

və kargüzarlığın təşkili, aparılması və bütün növ kadr rəsmiləşdirilməsini əhatə edən “A-dan Z-yə Kargüzarlıq” (III nəşr)

adlı 2 yeni nəşri SATIŞDA

 Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]

1 Komment

  1. Turkan 18 Aprel 2022

    Pensiya yadına 2-3il qalmis işçini ixtisar etmək olar?

Şərh yazın

Xəbərlər