Bazar, 05 İyul 2020 09:17

İcaze-e.gov.az portalındakı son dəyişikliklərlə bağlı 3 VACİB MƏQAM

Xəbər verdiyimiz kimi, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Nazirlər Kabineti yanında Operativ Qərargahın 3 iyul 2020-ci il tairxində keçirilən brifinqində 5 iyul 2020-ci il tarixdən icazələrin ləğv olunacağını bildirib. Maraqlıdır, 5 iyul tarixindən etibarən icaze-e.gov.az portalında hansı dəyişikliklər həyata keçirilib.

 Mks.az saytının araşdırması nəticəsində iş icazəsi ilə bağlı aşağıdakı dəyişikliklərin həyata keçirildiyi aşkara çıxarılıb:

1) Fəaliyyəti tam məhdudlaşdırılan sahələr üzrə işçilərin iş icazəsini daxil etmək mümkün olmayacaq.

İqtisadiyyat Nazirliyinin vergi ödəyicilərinin fəaliyyətin koduna əsasən, təqdim etdiyi siyahıya uyğun olaraq, fəaliyyəti tam məhdudlaşdırılan sahələrə aid edilən işəgötürənlər iş icazəsini qeydiyyatdan keçirə bilməyəcəklər. Bu cür vergi ödəyicisiləri portalda iş icazəsi almaq üçün cəhd etdikdə aşağıdakı bildiriş çıxır: 

Qeyd edək ki, bu tip vergi ödəyiciləri iş icazəsi almaq istəyəndə müqavilə forması hissəsi aktiv olmur:

2) Fəaliyyət sahələrinə uyğun olaraq iş icazəsinin sayına 50 faiz məhdudiyyət tətbiq edilib.

Nazirlər Kabinetinin 208 nömrəli Qərarının əlavəsində fəaliyyətinə icazə verilmiş aşağıdakı sahələrdə işçilərin 50 faizinin işə çıxmasına şərait yaradılır. 208 saylı Qərarın əlavəsindəki sıralamaya əsasən siyahı belədir:

4.4. gündəlik baxım və gigiyena vasitələrinin istehsalı; 

4.11. tikinti və məişət avadanlıqlarının istehsalı və təmiri; 

4.12. mühəndislik və layihələndirmə xidmətləri;

4.14.  qablaşdırma məhsullarının istehsalı; 

4.15. daş, metal və taxta məhsullarının istehsalı; 

4.16. mebel istehsalı və təmiri;

5.4. zoomağazalar, o cümlədən heyvanlar üçün yem satış məntəqələri; 

5.5. tikinti materiallarının və məişət xırdavatlarının satışı məntəqələri; 

5.6. onlayn satışlar.

6.2. kimyəvi təmizləmə; 

6.3. mənzillər istisna olmaqla, yaşayış binalarının təmizlənməsi; 

6.4. avtomobillərin təmiri; 

6.5. avtomobil yuyulma məntəqələri; 

6.6. heyvan sığınacaqları;

 9.2. tərcümə xidmətləri.

Qeyd edək ki, yuxarıda qeyd edilən fəaliyyətlər üzrə işçi icazələri tam ləğv olunub. Ancaq işəgötürənlər  50 faizlik məhdudiyyət nəzərə alınmaqla iş icazəsi almaq hüququna malikdirlər.

3) Fəaliyyətinə məhdudiyyət tətbiq edilməyən sahələr üzrə iş icazəsinin müddətinin artırılması həyata keçirilməlidir.

Nazirlər Kabinetinin 208 saylı qərarında fəaliyyətinə icazə verilən və 50 faizlik məhdudlaşma tətbiq edilməyən sahələr üzrə işəgötürən iş icazələri daxil edə bilər və ya müddəti artıra bilər.

Qeyd edək ki, 5 iyul 2020-ci il tarixə qədər işəgötürənlər müddəti sərt karantın rejiminə uyğun olaraq artırıblarsa, o zaman həmin iş icazələri portalda “təsdiqlənmiş” statusunda saxlanılıb.

Fəaliyyətinə icazə verilən və 50 faizlik məhdudlaşdırma tətbiq edilməyən işəgötürənlər 25 iyun 2020-ci ilə tarixədək olan iş icazələrindən əlavə işçilərə icazə ala bilərlər. Qeyd edək ki, mks.az saytı sərt karantin rejiminin əhatə etdiyi rayon və şəhərlərin artmasından sonra işçi əlavələrinə məhdudiyyət qoyulmasını problem kimi qabartmışdı: 

http://mks.az/hr/publidzations/item/11033-icaze-e-gov-az-portal%C4%B1ndan-i%C5%9F-icaz%C9%99si-al%C4%B1nmas%C4%B1nda-ciddi-problem.html

 Yeni dəyişikliklərdən sonra artıq bu problem də aradan qaldırılıb.

 

Mks.az saytının ekspertləri əm

ək qanunvericiliyinin şərh edildiyi “Əmək qanunvericiliyi və şərhlər toplusu - 2020” (II nəşr)

və kargüzarlığın təşkili, aparılması və bütün növ kadr rəsmiləşdirilməsini əhatə edən “A-dan Z-yə Kargüzarlıq” (III nəşr)

adlı 2 yeni nəşrini

GƏLƏN HƏFTƏDƏN SATIŞDA

 

4 şərhlər

  • Şərh bağlantısı Rauf9199@gmail.com Çərşənbə axşamı, 07 İyul 2020 18:04 tərəfindən təqdim olunub Rauf9199@gmail.com

    Meni ishden icazemi legv etdiler emek muqavilem de bitdi kiraye qaliram ishim yox xestem var korpe ushaq var bu ne sistemdi 190 aznde qeti verilmedi.biz bu korpe ushaqlara nece baxaq kirayeni odeyek cole cixmaq olmur cerime yazilir bele cixirki kirayeden atsalar cole ac susuz korpelerimizi geleceyimizi nece boyudek? Bizlere yaziqi gelmeyen dovlet korpelerimizede gelmir meyer qeddarliq deyil nedir bu hara muraciyet edek ne edek kime derdimizi deyek...

  • Şərh bağlantısı Soltanov soltan soltansoltanov814@gmail.com Çərşənbə axşamı, 07 İyul 2020 09:20 tərəfindən təqdim olunub Soltanov soltan soltansoltanov814@gmail.com

    Mən taksi kimi fəaliyyətimə davam edə bilmirəm. Vergi versəmdə... Fərqlənmə alsamda işləməyə portaldan keçə bilmirəm...

  • Şərh bağlantısı Melikov Çingiz Mahmud oğlu Çərşənbə axşamı, 07 İyul 2020 05:54 tərəfindən təqdim olunub Melikov Çingiz Mahmud oğlu

    Men 1996ci ilden Yasamal rayonunda ayaggabi temiri feailiyyeti ile mesqul oluram, ve hemen tarixden vergi odeyecisiyem.asan imza ile icaze.gov.az dan qeydiyatdan kecib icaze almışdım.Lakin 5 iyul 2020-ci ilde hemin icaze leğv olunmuşdur.Bildirirem ki, Nazirler Kabinetinin qerarında ne işlemeye icaze verilen saheler arasında, ne de icazesi olmayanlar siyahısında bizim fealiyyet kodumuz var.Bes biz ne edek?Bizden aşağısı daha yoxdur.Bize kömek etmeyinizi xahiş edirem.

  • Şərh bağlantısı Ferid Bazar ertəsi, 06 İyul 2020 22:30 tərəfindən təqdim olunub Ferid

    Kimler sadece ish vesigesini tegdim ederek hereket ede biler sms yazmadan?

Şərh yazın