İşəgötürən intizam tənbehi verdikdə növbəlilik prinsipini gözləməlidir? (4 HAL)

İşəgötürən intizam tənbehi verdikdə növbəlilik prinsipini gözləməlidir? (4 HAL)

05 iyul 2020-ci il tarixdən satışda olacaq "Əmək Qanunvericiliyi və Şərhlər Toplusu 2020" (II nəşr) kitabından seçmə

Bəzi işəgötürənlər düşünür ki, işçi əmək funksiyasını yerinə yetirmədikdə və ya əmək intizamını pozduqda, töhmət və sonuncu xəbərdarlıqla şiddətli töhmət verdikdən sonra onun əmək müqaviləsini Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edə bilər. Ancaq bu, belə deyil.
Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü hissəsinə əsasən, işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır.
Fikrimizin daha aydın olması üçün bu hala misal üzərində baxaq.
Fərz edək ki, işçi işə bir saat gecikib.

Birinci hal. İnsan resursları sahəsində çalışan və hər hansı iclasda iştirakı nəzərdə tutulmayan işçi işə bir saat gecikib. İşəgötürən qərar verir ki, işçiyə şifahi və ya yazılı xəbərdarlıq verməklə kifayətlənsin.
İkinci hal. Müəssisədə 5 ildir ki, çalışan işçi əmək fəaliyyəti dövründə ilk dəfə işə bir saat gecikib. İşəgötürən işçinin ilk dəfə işə gecikməsini nəzərə alaraq, hər hansı xəbərdarlıq verilməsinə ehtiyac duymur.
Üçüncü hal. Satış sahəsində fəaliyyət göstərən müəssisədə kassir vəzifəsində çalışan işçinin işə gecikməsi nəticəsində təşkilatın iş prosesi tamamilə dayanıb və bu da alıcıların ciddi narazılığına səbəb olub. Bu halda işəgötürən qərara alır ki, işçiyə töhmət versin.
Dördüncü hal. Mexanik vəzifəsində çalışan işçinin işə bir saat gecikməsi səbəbindən texniki avadanlıqda qısaqapanma baş verdiyindən müəssisəyə ciddi maddi zərər deyib. İşəgötürən qərar verir ki, işçinin əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi ilə xitam verilsin və maddi ziyanının ödənilməsi ilə bağlı məhkəməyə müraciət edilsin.
Gətirilən nümunələrdən gördüyünüz kimi səbəb eyni - işçinin işə gecikməsi olsa da, işçilərin vəzifə funksiyaları və işə gecikmə nəticəsində törətdikləri xəta fərqlidir. O səbəbdən də işəgötürən intizam tənbehi haqqında qərar verdikdə, işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini mütləq nəzərə almalıdır.

Vergi Məcəlləsində və “Sosial sığorta haqqında” qanunda -02 iyun 2020-ci il tarixinə nəzərdə tutulan bütün dəyişikliklərin şərh edildiyi, Anar Bayramovun müəllifi olduğu “Vergi uçotu: A-dan Z-yə” kitabı

ARTIQ SATIŞDA

Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.

 
 
 

1 Komment

  1. [email protected] 02 İyul 2020

    Salam, mundericar ve qiymeti [email protected] emailine gonderin zehmet olmasa

Şərh yazın

Xəbərlər