Cümə, 19 İyun 2020 06:16

Əmək kitabçasının xərcini kim ödəməlidir: dövlət, işəgötürən, yoxsa işçi?

Yaxın zamanlarda satışda olacaq "Əmək Qanunvericiliyi və Şərhlər Toplusu 2020" (II nəşr) kitabından seçmə

Əmək kitabçasının xərcinin ödənilməsi vəzifəsi fərqli hallarda işçi və işəgötürənin üzərinə düşür. Əgər işəgötürən yeni işçiyə əmək kitabçası alırsa, o zaman əmək kitabçasının (əlavə içliyin) xərci işçi tərəfindən ödənilir. Bu cür hallarda adətən işçinin əmək haqqından tutulma edilir.

Ancaq ola bilər ki, işəgötürən bu xərci işçidən tutmasın, özü ödəsin. Bu, işəgötürənin seçimindən asılıdır.
Əmək kitabçasının əldə olunması xərcinin mütləq işəgötürən tərəfindən ödənilməsi isə o halda baş verir ki, əmək kitabçası və ona əlavə içlik işəgötürənin təqsiri üzündən xarab olsun.
Qeyd edək ki, əmək kitabçasının qiyməti 1,72 manatdır.

Vergi Məcəlləsində və “Sosial sığorta haqqında” qanunda -02 iyun 2020-ci il tarixinə nəzərdə tutulan bütün dəyişikliklərin şərh edildiyi, Anar Bayramovun müəllifi olduğu “Vergi uçotu: A-dan Z-yə” kitabı

ARTIQ SATIŞDA

Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.

Şərh yazın