İşçi məzuniyyətdən geri çağırıldıqda hesablama necə aparılır?

İşçi məzuniyyətdən geri çağırıldıqda hesablama necə aparılır?

Yaxın zamanlarda satışda olacaq "Əmək Qanunvericiliyi və Şərhlər Toplusu 2020" (II nəşr) kitabıdan seçmə

Məlumat verdiyimiz kimi, Əmək Məcəlləsinin 137-ci maddəsinə uyğun olaraq, işəgötürən müstəsna hallarda (istehsalatda baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması və təxirəsalınmaz işlərin görülməsi zərurəti olduqda) işçinin razılığı ilə onu məzuniyyətdən geri çağıra bilər. Maraqlıdır ki, bu halda məzuniyyətdən geri çağırılan işçinin məzuniyyət haqqı necə hesablanmalıdır. Əmək Məcəlləsinin 137-ci maddəsinin 3-cü hissəsinin tələblərinə əsasən bu zaman aşağıdakı 2 variant tətbiq edilir:

1. Əmək məzuniyyətindən geri çağırılan işçi istifadə etmədiyi məzuniyyət günlərinə görə ödənişsiz əlavə istirahət günləri (əvəzgün) əldə edir.
Misal. “A” MMC-nin işçisi 1 oktyabr 2019-cu il tarixdə 25 günlük əmək məzuniyyətinə çıxır. İşəgötürənin qərarı ilə işçi 20 gündən sonra məzuniyyətdən geri çağırılır. İşçi 21 oktyabr 2019-cu il tarixdə işə çıxdığı üçün, artıq həmin gündən etibarən əmək haqqı hesablanmasına başlanılır. İşçi və işəgötürənin razılığı ilə istifadə edilməmiş məzuniyyət günlərinə görə işçi növbəti aylarda ardıcıl və ya hissə -hisə 5 gün istirahət edəcək.
2. İşəgötürən əmək məzuniyyətindən geri çağırdığı işçidən istifadə etmədiyi günlərə görə əvvəlcədən ödənilmiş məzuniyyət haqqını tutur.
Misal. “A” MMC-nin işçisi 1 oktyabr 2019-cu il tarixdə 20 günlük əmək məzuniyyətinə çıxır. İşəgötürənin qərarı ilə işçi 13 gündən sonra məzuniyyətdən geri çağrılır. İşçi 14 oktyabr 2019-cu il tarixdə işə çıxdığı üçün, artıq həmin gündən etibarən ona əmək haqqı hesablanılmasına başlanılır.

Fərz edək ki, işçiyə hesablanan məzuniyyəti məbləği 500 manat olub. Deməli, məzuniyyətdə olan bir təqvim gününə görə məzuniyyət haqqı 25 manat (500 manat /20 gün) olub. İşçinin istifadə etdiyi 13 gün üçün məzuniyyət haqqı 325 manat (13 gün x 25 manat) təşkil edib. Bu halda istifadə edilməmiş 7 məzuniyyət gününə görə ödənilmiş məzuniyyət haqqı – 175 manat (7 gün x 25 manat) işçidən geri alınır və ya ayın sonu əmək haqqıdan çıxılır. İşçinin istifadə etdiyi əmək məzuniyyəti isə 20 gün yox, 13 gün kimi nəzərə alınır. İşçi gələcəkdə qalıq məzuniyyət günlərindən istifadəni işəgötürənlə razılaşdırmaqla istifadə edir. Qalıq günlərə görə məzuniyyət haqqı hesablanarkən həmin dövrün göstəriciləri nəzərə alınır.
Maddələrdən göründüyü kimi, məzuniyyətdən geri çağırma halında istifadə edilməmiş günlərə görə işçiyə kompensasiya hesablanması qanunvericilikdə nəzərdə tutulmayıb. Təəssüf ki, bir çox təşkilatlarda məzuniyyətdən geri çağırmanı bu cür rəsmiləşdirirlər ki, bu da qanuna ziddir.

Vergi Məcəlləsində və “Sosial sığorta haqqında” qanunda -02 iyun 2020-ci il tarixinə nəzərdə tutulan bütün dəyişikliklərin şərh edildiyi, Anar Bayramovun müəllifi olduğu “Vergi uçotu: A-dan Z-yə” kitabı

ARTIQ SATIŞDA

Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.

 
 
 

1 Komment

  1. Kərimov Vahid 11 İyul 2021

    Mən iyun ayının birindən məzuniyyətə çıxmışam. 40 ildir eyni müəssisə çalışıram. Akladım 390 AZN dir. Mənim məzuniyyətin nə qədər olmalıdır və nə vaxt işə qayıtmalıyam? İyulun 1dən məzuniyyətdən zəruri ehtiyaca görə geri çağrilmişam. Xahiş edirəm bunu da nəzərə alasınız!

Şərh yazın

Xəbərlər