Cümə axşamı, 07 May 2020 06:02

İş vaxtının cәmlәnmiş uçotunun ƏN SADƏ ÜSULLA İZAHI

Anar Bayramovun müəllifi olduğu "Əmək Qanunvericiliyi və Şərhlər Toplusu 2020" kitabından seçmə

Öncәliklә qeyd edәk ki, iş vaxtının cәmlәnmiş uçotu zamanı әksәr hallarda qeydiyyat dövrü illik götürülür. Amma daha aydın olması üçün, 3 variantda misalla izah edәcәyik.

Misal 1. Mühafizәçi vәzifәsindә çalışan vә 600 manat әmәk haqqı alan işçinin iş vaxtının cәmlәnmiş uçotunun qeydiyyat dövrü oktyabr ayı olaraq nәzәrә alınıb. İşçinin iş vaxtı 2019-cu ilin oktyabr ayında 184 saatdan (23 gün x 8 saat) çox olmayaraq müәyyәn edilә bilmәz.

Amma mümkündür ki, işçi gün vә hәftә әrzindә müvafiq olaraq 8 vә 40 saatdan çox işә cәlb edilsin. Yetәr ki, iş vaxtının müddәti qeydiyyat (uçot) dövrü olan ay әrzindә iş günlәrinin sayına müvafiq olan 184 saatı keçmәsin. Bir mәsәlәni xüsusi vurğulayaq ki, işәgötürәn işçi ilә prosesi elә tәnzimlәyir ki, yekunda qeydiyyat (uçot) dövründәki iş müddәti ilә işçinin işlәdiyi iş saatları uyğun olur.

İndi isә işçinin işlәdiyi hallara baxaq:

İş günlәri saat 08:00-dan 20:00-ә kimi olan, gündә 12 saat işlәyәn vә 600 manat әmәk haqqı alan işçi 2019-cu ilin oktyabr ayında 180 saat işlәyib. Bu halda işçi vә işәgötürәn arasında bağlanan әmәk müqavilәsinә baxmaq lazımdır. Әksәr hallarda işәgötürәn әmәk müqavilәsindә qeyd edir ki, işçinin qeydiyyat (uçot) dövründә iş vaxtı aylıq normadan az olduğu halda da aylıq әmәk haqqı ödәnilәcәk. O zaman işçi aylıq norma olan 184 saatdan 4 saat az işlәmәsinә baxmayaraq, ona 600 manat әmәk haqqı hesablanır.

İş günlәri saat 08:00-dan 20:00-ә kimi olan, gündәlik 12 saat işlәyәn vә 600 manat әmәk haqqı alan işçi 2019-cu ilin oktyabr ayında 176 saat işlәyib. Әgәr әmәk müqavilәsindә “a” variantında dediyimiz hal yoxdursa, o zaman әmәk haqqı aşağıdakı kimi hesablanır

Әmәk haqqı = (600 manat x 176 saat) / (180 saat) = 586,67 manat.

Göründüyü kimi, işçi qeydiyyat (uçot) dövrü olan ay әrzindә iş vaxtı normasından az işlәdiyi üçün әmәk haqqı 600 yox, 586,67 manat tәşkil etdi. Bir daha qeyd edәk ki, bu cür hesablamalar nadir hallarda tәtbiq olunur.

600 manat әmәk haqqı alan mühafizәçinin iş saatı 20:00-dan 08:00-ә kimi olan müddәti әhatә edir. İş saatlarından göründüyü işçinin bәzi iş saatı gecә saatlarına tәsadüf edir. Ay sonunda mәlum olur ki, işçi oktyabr ayına iş vaxtı normasına uyğun, yәni 184 saat işlәmәsinә baxmayaraq, 120 saat gecә növbәsindә işlәyib. Bu zaman işçinin әmәk haqqı belә hesablanacaq:

Әmәk haqqı = (600 manat / 184 saat) x 184 saat + (120 saat x (600 manat/184 saat) x 20 faiz) = 600 manat + 78,26 manat = 678.26 manat

Hesablamadan göründüyü kimi, mühafizәçinin gecә vaxtı işlәdiyi 120 saata görә әlavә 20 faiz әmәk haqqı hesablanıb.

Sonuncu hala tәcrübәdә az rastlansa da, onu qeyd etmәyi mәqsәdәuyğun saydıq. Bu hala az tәsadüf edilmәsinin sәbәbi odur ki, işәgötürәn әksәr hallarda iş vaxtının müddәtini öncәdәn tәnzimlәdiyindәn, işçinin iş vaxtından әlavә işlәmәsinә nadir hallarda rast gәlinir. İş günlәri saat 08:00- dan 20:00-ә kimi olan, yәni 12 saat işlәyәn vә 600 manat әmәk haqqı alan işçi 2019-cu ilin oktyabr ayında 190 saat işlәyib. 2019-cu ilin iş norması 180 gün olduğu üçün, işciyә әlavә işlәnilәn saatlara görә әn azı ikiqat olmaqla әmәk haqqı hesablanmalıdır.

Әmәk haqqı = (600 manat / 184 saat) x 184 saat + (6 saat x (600 manat / 184 saat) x 2 misli) = 600 manat + 39,13 manat = 639.13 manat

Vergi Məcəlləsində və “Sosial sığorta haqqında” qanunda 1 aprel 2020-ci il tarixinə nəzərdə tutulan bütün dəyişikliklərin şərh edildiyi, Anar Bayramovun müəllifi olduğu “Vergi uçotu: A-dan Z-yə” kitabı yaxın günlərdə satışda

 
 
 

Şərh yazın