Cümə axşamı, 19 Mart 2020 06:34

HR-lar Nazirlər Kabinetinin məktubundakı "azyaşlı" ifadəsini hansı yaşa qədər uşaqları olan işçiyə tətbiq etməlidir?

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov mərkəzi və yerli icra hakimiyyəti orqanlarının və dövlət qurumlarının rəhbərlərinə məktub göndərib. Məktubda dövlət qurumlarının rəhbərlərinə koronavirus (COVİD-19) infeksiyasına qarşı mübarizənin təşkil edilməsini təmin etmək və icrasına ciddi nəzarət edilməsi ilə bağlı tapşırıqlar yer alıb. İnsan resursları mütəxəsisləri üçün qaranlıq qalan məsələ Nazirlər Kabinetinin məktubunda öhdəsində azyaşlı uşağı olan qadınların iş davamiyyətinə tətbiq olunan güzəştli şərtlərlə bağlıdır:  "Azyaşlı uşaq" dedikdə necə yaşa qədər uşaqlar nəzərdə tutulur.  "Ailə məcəlləsi"ndə və ya uşaq hüquqları ilə bağlı konkret qanunvericilikdə azyaşlı uşağın tərifi verilməyib. Mülki Məcəllənin 28.3-cü bəndində belə "7 yaşınadək olan yetkinlik yaşına çatmayanlar (azyaşlılar)" kimi ifadə istifadə olunub. Amma Cinayət Məcəlləsinin 79-cü maddəsi olan "Hamilə qadınlar və azyaşlı uşaqları olan şəxslər tərəfindən cəzanın çəkilməsinin təxirə salınması" madddəsində azyaşlı uşaq dedikdə  on dörd yaşına qədər uşaqlar nəzərdə tutulur. Əmək Məcəlləsində də "azyaşlı uşaq" məfhumundan istifadə edilsə də, konkret yaş qeyd edilməyib.

Maraqlıdır ki, insan resursları mütəxəssisləri hansı yaşa qədər olan uşaqları azyaşlı hesab etməlidir. Fikrimizcə, Mülki Məcəllə fiziki şəxslərin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu, şəxsi və ailə həyatının, şəxsi toxunulmazlığının müdafiəsi hüququnu qorumaq vəzifəsinə malik olduğu üçün həmin Məcəllədəki yaş həddi yəni 7 yaşadək götürməlidir. Amma işgötürən işçilərə güzəştlərin koronavirus (COVİD-19) infeksiyasına qarşı mübarizə ilə bağlı olduğu üçün həm də ölkəmizdə orta məktəblərin bağlanıldığı səbəbindən 14 yaşa qədər uşaqları azyaşlı hesab edə bilər. Ümumiyyətlə, beynəlxalq yanaşmada da azyaşlı uşaq dedikdə yaşları 14-ə qədər olan uşaqlar nəzərdə tutulur.

"Əmək qanunvericiliyi Toplusu və Şərhlər: 2020" və "Vergi qanunvericiliyi Toplusu və Şərhlər: 2020" kitabı satışda

Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.

 

Şərh yazın