İşəgötürən işçinin məzuniyyət haqqını gec ödəyirsə, işçi nə etməlidir?

Satışda olan "Əmək Qanunvericiliyi və Şərhlər Toplusu 2020" kitabından seçmə

Qeyd etdiyimiz kimi, Əmək Məcəlləsinin 140-cı maddəsinin 5-ci hissəsinə əsasən, işçiyə əmək məzuniyyəti üçün orta əmək haqqı məzuniyyətin başlanmasına ən geci 3 gün qalmış ödənilir. Amma təcrübədə ən çox rast gəlinən hal qısamüddətli əmək məzuniyyəti zamanı ödənişin məzuniyyətdən sonra edilməsidir.

Tövsiyə edirik ki, işəgötürənlər əmək qanunvericiliyinin 3 günlük müddət tələbinə ciddi yanaşsınlar. Çünki Əmək Məcəlləsinin 140-cı maddəsinin 6-cı hissəsində qeyd edilir ki, əmək müqaviləsində, kollektiv müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, məzuniyyət vaxtı üçün orta əmək haqqı müəyyən səbəbdən məzuniyyət başlanandan sonra ödənilmişdirsə, işçinin tələbi ilə məzuniyyətin başlanma vaxtı əmək haqqının faktiki olaraq verildiyi gündən hesablanıla bilər.
Misal. “A” MMC-nin işçisi 10 oktyabr 2019-cu il tarixdən 10 günlük əmək məzuniyyətinə çıxıb. İşəgötürən işçilərin yarım aylıq əmək haqlarını 15 oktyabr 2019-cu il tarixdə ödədiyi üçün qərara alır ki, əmək məzuniyyətinə gedən işçiyə də ödənişi həmin tarixdə etsin. İşçinin 10 oktyabr 2019-cu il tarixdə əmək məzuniyyətinə çıxmasına baxmayaraq, o iddia qaldıra bilər ki, məzuniyyətin başlanma tarixi ödəniş olan tarixdən, yəni 15 oktyabr 2019-cu ildən hesablanılsın.

 "Əmək qanunvericiliyi Toplusu və Şərhlər: 2020" və "Vergi qanunvericiliyi Toplusu və Şərhlər: 2020" kitabı satışda

Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.

1 Komment

  1. Solmaz Gülüşova 08 Aprel 2021

    İşçi məzuniyyətə ayın əvvəlindən gedirsə, əmr verilməsinə baxmayaraq, mühasibatlığa həmin işçiyə ayrıca məzuniyyət günlərini göstərməklə tabel verilməlidir, yoxsa ayın sonunda ümumi tabel veriləndə onu qeyd etmək lazımdır.

Şərh yazın

Xəbərlər