ƏDV-nin sıfır (0) dərəcə ilə tutulması niyə tətbiq olunur?

Anar Bayramovun müəllifi olduğu, yaxın günlərdə satışa çıxaracaq “Vergi uçotu: A-dan Z-yə” (II nəşr) kitabından seçmə

Vergi Məcəlləsinin 165-ci maddəsi ƏDV-nin sıfır (0) dərəcə ilə tutulması əməliyyatlarından bəhs edir. Maraqlıdır ki, nədən ƏDV-nin sıfır dərəcə ilə tətbiq olunmasına ehtiyac duyulub. Həmin əməliyyatları ƏDV-dən azad olunan əməliyyatlar kimi qiymətləndirmək olmazdımı? Xeyr, çünki ƏDV-nin əvəzləşdirilməsi zamanı ƏDV-dən azad olunan əməliyyatla sıfır dərəcə ilə ƏDV-yə cəlb olunan əməliyyat fərqli statuslara malikdir.

Misal. Tutaq ki, “A” MMC-nin yanvar ayı üzrə 18 faizlə ƏDV-yə cəlb olunan əməliyyatları 30 000 manat, ƏDV-nin sıfır (0) dərəcə ilə tutulması ilə bağlı əməliyyatları 25 000 manat olub. Vergi ödəyicisinin yanvar ayı üzrə ödədiyi ƏDV-nin ümumi məbləği 12 000 manat olub. Vergi ödəyicisinin həm 18 faizlə, həm də sıfır dərəcə ilə ƏDV-yə cəlb edilən əməliyyatları olmasına baxmayaraq, o, 12 000 manatlıq ƏDV-ni tam olaraq əvəzləşdirə biləcək.
İndi təsəvvür edək ki, “A” MMC-nin yanvar ayı üzrə 18 faizlə ƏDV-yə cəlb olunan əməliyyatları 30 000 manat, ƏDV-dən azad olunan əməliyyat üzrə dövriyyəsi isə 25 000 manat olub. Vergi ödəyicisinin yanvar ayı üzrə ödədiyi ƏDV-nin məbləği 12 000 manat olub. Bu zaman artıq vergi ödəyicisi ƏDV-ni tam əvəzləşdirə bilməyəcək, çünki ƏDV-dən azad olunan əməliyyatlar üçün xüsusi çəki müəyyənləşdirmək lazımdır.
ƏDV-nin əvəzləşdirilməsi ilə bağlı bölmənin əvvəlki səhifələrində ətraflı məlumat verilir. Ona görə də əvəzləşdirilmə misalının həlli yolunu qeyd edib, oxucuların fikrini ƏDV-yə sıfır dərəcə ilə cəlb olunma prosesindən yayındırmaq istəmirik. Misalları qeyd etməkdə məqsədimiz ƏDV-yə sıfır dərəcə ilə cəlb olunma ilə ƏDV-dən azadolma arasında fərqi əyani şəkildə göstərməkdir.

"Əmək qanunvericiliyi Toplusu və Şərhlər: 2020" və "Vergi qanunvericiliyi Toplusu və Şərhlər: 2020" kitabı satışda

Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.

0 Komment

    Şərh yazın

    Xəbərlər