Əbülfət Məhərrəmov: “Əlavə məzuniyyətlə bağlı iki bənd üzrə ziddiyyət var”

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək siyasəti şöbəsinin müdiri Əbülfət Məhərrəmova tədbir iştirakçıları aşağıdakı məzmunda sual ünvanlayıb: “Əmək Məcəlləsinin 144-cü maddəsinin ikinci hissəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. Həmçinin, həmin maddəninin üçüncü hissəsində qeyd edilir ki, əmək münasibətlərinə xitam verilərkən Əmək Məcəllənin 115 və 116-cı maddələrində nəzərdə tutulmuş əlavə məzuniyyətlərə, təhsil və yaradıcılıq məzuniyyətlərinə, habelə sosial məzuniyyətlərə görə pul əvəzi verilmir. Bununla bağlı sual olunur ki, işəgötürən Əmək Məcəlləsinin 117-ci maddəsində nəzərdə tutulan uşaqlı qadınların əlavə məzuniyyətləri üzrə günləri kompensasasiya zamanı nəzərə alınmalıdır, yoxsa ikinci hissədə qeyd edildiyi kimi, yalnız əsas məzuniyyətə görə kompensasiya hesablanmalıdır?”

Əbülfət müəllim Əmək Məcəlləsinin 144-cü maddəsinin ikinci və üçüncü hissələri arasında ziddiyyət olduğunu bildirib: “Ziddiyyətin aradan qaldırılması ilə bağlı təkliflər Əmək Məcəlləsinə edilməsi nəzərdə tutulan dəyişikliklər layihəsində var. Nazirlik olaraq hazırda üstünlük verilir ki, əmək müqaviləsinə xitam zamanı yalnız əmək məzuniyyətinin əsas hissəsi üzrə kompensasiya hesablansın. Əmək Məcəlləsinin 115, 116 və 117-ci maddələrində nəzərdə tutulan əlavə məzuniyyətlərə görə kompensasiya hesablanmasın. Etiraf edirəm ki, qeyd edilən məsələ Əmək Məcəlləsində boşluq kimi qiymətləndirilməlidir.”

Qeyd edək ki, bu fikirlər  Mks.az saytının təşkilatçılığı 11 yanvar 2020-cu il tarixdə keçirilən "Əmək Məcəlləsi: sadəddən mürəkkəbə" adlı ödənişsiz seminarda səsləndirilib.

"Əmək qanunvericiliyi Toplusu və Şərhlər: 2020" və "Vergi qanunvericiliyi Toplusu və Şərhlər: 2020" kitabı artıq satışda

Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.

1 Komment

  1. Ellada 15 Fevral 2020

    Qiymetlerini ve odenis usulu haqda melumati yaxin z.o.

Şərh yazın

Xəbərlər