Əmək məzuniyyəti istirahət günü sona çata bilər?

Əmək məzuniyyəti istirahət günü sona çata bilər?

Satışda olan "Əmək Qanunvericiliyi və Şərhlər Toplusu 2020" kitabından seçmə

Təcrübədə rast gəlinən hallardan biri də, işçinin əmək məzuniyyəti günlərinin istirahət günlərində bitməsidir. Misal üçün, işçi 1 oktyabr 2019-cu il tarixdə müraciət edərək 20 günlük məzuniyyət hüququndan istifadə etmək istəyir. Bu zaman işçinin məzuniyyət dövrünün son günləri 19 və 20 oktyabr tarixləri müvafiq olaraq şənbə və bazar gününə təsadüf edir. Sual yarana bilər ki, şənbə və bazar günləri işçinin istirahət hüququ olduğu üçün, işəgötürən məzuniyyət günlərinin bitmə tarixini cümə gününə, yəni 19 oktyabr 2019-cu il tarixinə çəkməlidir?

Mks.az saytının bununla bağlı sorğusuna Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi cavabı belə olub: “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 114-cü maddəsinə əsasən, işçinin peşəsi (vəzifəsi) üzrə ödənişli əmək məzuniyyətlərinin müddəti təqvim günü ilə müəyyən edilib. Təqvim günü anlayışına iş, istirahət və bayram günləri daxil edilir. Bayram günlərinə görə artırılmış ödənişli məzuniyyət günləri cümə günü bitərsə, təqvim günləri ilə 2 bayram günü ardıcıl gələn şənbə-bazar günləri üzrə hesablanır. Ümumiyyətlə, ödənişli əmək məzuniyyəti günlərinin sayından asılı olaraq məzuniyyətin bitmə tarixi şənbə və yaxud bazar günlərinə düşə bilər. Bu halda işçinin işə başlanma tarixi ən yaxın olan birinci iş günü hesab edilir.”
Cavabdan da göründüyü kimi, işçinin məzuniyyət tarixinin bitməsi şənbə və bazar gününə təsadüf edə bilər.

"Əmək qanunvericiliyi Toplusu və Şərhlər: 2020" və "Vergi qanunvericiliyi Toplusu və Şərhlər: 2020" kitabı 10 yanvar 2020-ci il tarixindən satışda

Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.

 
 
 

 

0 Komment

    Şərh yazın

    Xəbərlər