İşçi həm əsas, həm də əlavə iş yerində işlədikdə müavinət necə hesablanmalıdır?

İşçi həm əsas, həm də əlavə iş yerində işlədikdə müavinət necə hesablanmalıdır?

Satışda olan "Əmək Qanunvericiliyi və Şərhlər Toplusu 2020" kitabından seçmə

Əsasnamənin 96-cı maddəsində qeyd edilir ki, müavinət işçinin iş yeri üzrə (əmək kitabçasının olduğu yerdə) müdiriyyətin müavinət təyin edən komissiyası və ya komissiyanın səlahiyyət verilmiş üzvü tərəfindən təyin edilir. Göründüyü kimi, işçinin müavinətini hesablamaq hüququ ancaq əsas iş yeri üzrə verilir. İşçinin əlavə iş yerində işləməsi halında müavinətin necə hesablanması əsasnamənin 41-ci maddəsi ilə tənzimlənir.

Həmin maddədə qeyd edilir ki, işçi əsas iş yerindən əlavə başqa müəssisədə də müqavilə üzrə işləyirsə, bu halda müavinət işçinin hər iki iş yerində aldığı ümumi qazancın əsasında hesablanır və əsas iş yerində müəyyən olunmuş stavkanın ikiqat məbləğindən artıq olmamaq şərti ilə ödənilir.
Fikrimizi misalla izah edək. “A” MMC-də çalışan Əliyev Hafizin əmək haqqı 500 manatdır. İşçi “B” müəssisəsində əvəzçilik üzrə işləyərək ayda 300 manat əmək haqqı alır. İşçi əmək qabiliyyətini itirməsi haqqında xəstəlik vərəqəsini “A” MMC-yə təqdim edir. Bu zaman “A” MMC-nin mühasibatlığı işçinin “B” MMC-dəki gəlirlərini də nəzərə almalıdır. Müavinətlə bağlı təqdim olunan formada əmək haqqı 500 manat deyil, 800 manat (500+300) məbləğində qeyd ediləcək. Həmçinin, təqdim olunan sənədlər bölməsində “digər sənədlər” kimi əlavə iş yerindəki əmək haqqını təsdiq edən sənədlər əlavə olunmalıdır.
İndi isə fərqli misala baxaq. “A” MMC-də çalışan işçinin əsas iş yerində maaşı 350 manatdır, amma əlavə iş yerindəki maaşı isə əsas iş yerindən dəfələrlə yüksəkdir - 1200 manat. Bu halda müavinət hesablananda 1550 manat (350+1200) qeyd edilməyəcək. Çünki əsasnamədə qeyd edilir ki, ümumi qazanc əsas iş yerində müəyyən olunmuş stavkanın ikiqat məbləğindən artıq olmamaq şərti ilə olmalıdır. Deməli, elektron olaraq təqdim edilən haqq-hesab formasında cəmi 700 manat (350 manat x 2) qeyd edilməlidir.

 "Əmək qanunvericiliyi Toplusu və Şərhlər: 2020" və "Vergi qanunvericiliyi Toplusu və Şərhlər: 2020" kitabı 10 yanvar 2020-ci il  tarixindən satışda

 Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir. 

 
 
 

0 Komment

    Şərh yazın

    Xəbərlər