Məzuniyyətdə olan işçi ixtisar oluna bilər?

Məzuniyyətdə olan işçi ixtisar oluna bilər?

Satışda olan "Əmək Qanunvericiliyi və Şərhlər Toplusu 2020" kitabından seçmə

Amma müəyyən hallar var ki, həmin işçilərin ixtisar olunmasına əmək qanunvericiliyi heç bir halda icazə vermir. Əmək Məcəlləsinin 79-cu maddəsinə əsasən, aşağıdakı şəxslərin əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv olunması qadağandır:

- hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin;
- yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin;
- əmək qabiliyyətini müvəqqəti itirən işçilərin;
- öhdəsində sağlamlıq imkanları məhdud 18 yaşınadək və ya I qrup əlil ailə üzvü olan işçilərin;
- məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin.

Misal. İşəgötürən filiallarda əməliyyat bölməsinin qeydiyyatçı ştatının ixtisarına qərar verir. Amma həmin vəzifədə çalışan işçi analıq məzuniyyətindədir. İşəgötürən gözləməlidir ki, həmin işçi məzuniyyətdən geri döndükdən sonra ona vəzifəsinin ixtisarı ilə bağlı rəsmi xəbərdarlıq versin. Xəbərdarlıq müddəti başa çatdıqdan sonra əmək müqaviləsinə xitam mümkündür. Amma işçi məzuniyyətdə olduğu dövrdə əmək müqaviləsinə xitam verilə bilməz.

 "Əmək qanunvericiliyi Toplusu və Şərhlər: 2020" və "Vergi qanunvericiliyi Toplusu və Şərhlər: 2020" kitabı 10 yanvar 2020-ci il  tarixindən satışda

 Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir. 

4 Komment

  1. Oksana 13 Yanvar 2020

    Bes eger muqavilenin vaxti biterse? Isci hamiledi ve muqavilenin vaxti bitir uzatmirlar muddetini?

  2. Gunel 10 Fevral 2021

    İsci anaıiq mezuniyyeti dövrunde stati ixtisara dusmusdur.martin 3u analiq mezuniyyetinden qayitmalıdır.işçi analıq məzuniyyetinden geri qayitdiqda sonra ixtisari haqqinda resmi xeberdarlıq ne vaxt ve ne qeder meddete verilmelidir.?işden azad olarsa işçiye statın ixtisari ilə əlaqadar ödeniş olunur ya yox?

  3. İrada 26 Noyabr 2021

    ixtisar haqqında xəbərdarlıq alan işçiyə məzuniyyət vermək olarmı

  4. Zakir Quliyev 20 İyun 2022

    Salam. Maqistraturanın eyani şöbesinde tehsil almaq, emek müqavilesine xitam verilmesine sebeb olaraq gösterile bilermi?

Şərh yazın

Xəbərlər