Bazar ertəsi, 13 Yanvar 2020 07:03

Məzuniyyətdə olan işçi ixtisar oluna bilər?

Satışda olan "Əmək Qanunvericiliyi və Şərhlər Toplusu 2020" kitabından seçmə

Amma müəyyən hallar var ki, həmin işçilərin ixtisar olunmasına əmək qanunvericiliyi heç bir halda icazə vermir. Əmək Məcəlləsinin 79-cu maddəsinə əsasən, aşağıdakı şəxslərin əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv olunması qadağandır:

- hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin;
- yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin;
- əmək qabiliyyətini müvəqqəti itirən işçilərin;
- öhdəsində sağlamlıq imkanları məhdud 18 yaşınadək və ya I qrup əlil ailə üzvü olan işçilərin;
- məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin.

Misal. İşəgötürən filiallarda əməliyyat bölməsinin qeydiyyatçı ştatının ixtisarına qərar verir. Amma həmin vəzifədə çalışan işçi analıq məzuniyyətindədir. İşəgötürən gözləməlidir ki, həmin işçi məzuniyyətdən geri döndükdən sonra ona vəzifəsinin ixtisarı ilə bağlı rəsmi xəbərdarlıq versin. Xəbərdarlıq müddəti başa çatdıqdan sonra əmək müqaviləsinə xitam mümkündür. Amma işçi məzuniyyətdə olduğu dövrdə əmək müqaviləsinə xitam verilə bilməz.

 "Əmək qanunvericiliyi Toplusu və Şərhlər: 2020" və "Vergi qanunvericiliyi Toplusu və Şərhlər: 2020" kitabı 10 yanvar 2020-ci il  tarixindən satışda

 Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir. 

1 Şərh

  • Şərh bağlantısı Oksana Bazar ertəsi, 13 Yanvar 2020 14:34 tərəfindən təqdim olunub Oksana

    Bes eger muqavilenin vaxti biterse? Isci hamiledi ve muqavilenin vaxti bitir uzatmirlar muddetini?

Şərh yazın