Bazar ertəsi, 16 Dekabr 2019 10:52

Altay Cəfərovun təqdimatında: İstirahət gününə görə əmək haqqının hesablanması

Sərbəst auditor Altay Cəfərovun müəllifi olduğu və satışı davam edən "Əmək Münasibətləri: A-dan Z-yə" (VII nəşr) kitabından seçmə

İstirahәt, sәsvermә, iş günü hesab edilmәyәn bayram günlәri vә ümumxalq hüzn günü işlәmiş işçinin arzusu ilә ona әmәkhaqqı әvәzinә başqa istirahәt günü verilә bilәr. İşçi istehsalat zәrurәti ilә әlaqәdar olaraq istirahәt, bayram, sәsvermә, ümumxalq hüzn günündә işә cәlb oluna bilәr. Bu zaman hәmin günlәr üçün әmәkhaqqı ikiqat normadan az olmamaqla ödәnilmәlidir. Ancaq burada da istisna var. Әmәk müqavilәsindә әksini tapmaqla ikiqat normadan artıq da ödәnilә bilәr.

Mәsәlәn, tutaq ki, işçinin aylıq әmәkhaqqı 260 manatdır vә dekabr ayının 31-i işәgötürәn işçinin razılığı ilә onu işә cәlb edib. Nәzәrә alaq ki, hәmin ayda 26 iş günü var. İşçi ilә bağlanılmış әmәk müqavilәsindә göstәrilib ki, belә hallarda hәmin günün әmәkhaqqı ikiqat norma ilә ödәnilsin. Bu zaman işçinin aylıq әmәkhaqqı belә hesablanılır: İşçi 26 iş gününә görә 260 manat әmәkhaqqı almalıdır. Bayram gününә görә isә 20 manat (260 manat /26 iş gününә x 2) әlavә әmәkhaqqı hesablandığından onun dekabr ayında alacağı cәmi әmәkhaqqı 280 manat (260 + 20) tәşkil edir. Yaxud, tutaq ki, bayram günündә işlәmәsinә görә işçiyә әlavә әmәkhaqqı hesablanmır, işәgötürәnlә işçi razılaşırlar ki, növbәti ilin yanvar ayında hәftәnin istәnilәn iş günü işçi istirahәt edәcәk. Bir gün istirahәt etmәsinә baxmayaraq yanvar ayında da işçi 260 manat әmәkhaqqı alacaq. İstirahәt etdiyi günün әmәkhaqqı hesablanacaq.

"Əmək Münasibətləri: A-dan Z-yə" (VII nəşr) və "Kargüzarlıq: A-dan Z-yə" (II nəşr)  artıq SATIŞDA

Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.

Şərh yazın