Xidməti yazı hansı hallarda tətbiq olunmalı və necə tərtib olunmalıdır?

Xidməti yazı hansı hallarda tətbiq olunmalı və necə tərtib olunmalıdır?

Qalib Toğrulun müəllifi olduğu, hazırda satışı davam edən “A-dan Z-yə Kargüzarlıq” kitabından növbəti seçmə

Xidmәti yazı işçi tәrәfindәn öz rәhbәrinә ünvanlanmış mәlumat-arayış, izahat xarakterli sәnәd növüdür. Bu sәnәd növü özündә hansısa әmri, göstәrişi ehtiva etmәsә dә, onun әsasında tәşkilatın rәhbәri tәrәfindәn әmr, qәrar, sәrәncam hazırlana bilәr. Xidmәti yazı adlı sәnәdә müvafiq standartlarda vә normativ hüquqi aktlarda rast gәlinmәsә belә, müәssisәdaxili sәnәd dövriyyәsindә xüsusi yeri olan vә idarәetmәnin operativliyini vә sәmәrәliliyini yüksәldәn sәnәd növüdür. Xidmәti yazı imkan verir ki, әn qısa müddәtdә baş vermiş problem barәdә rәhbәrlik mәlumatlandırılsın. Bu sәnәdin tәrtib edilmәsi hәm dә onun sübutudur ki, iş prosesindә problemi aşkara çıxaran işçi situasiyanı başlı-başına buraxmayıb, özü öhdәsindәn gәlә bilmәdiyi problemin aradan qaldırılması üçün rәhbәrliyi operativ şәkildә mәlumatlandırıb.

Xidmәti yazı formaca sәrbәst olsa da, bu sәnәd növündә aşağıdakı rekvizitlәrin olması vacibdir:
- Sәnәdin sağ, yuxarı küncündә müraciәt ünvanlanan rәhbәr şәxsin vәzifәsi vә adı, soyadı, eyni zamanda, xidmәti yazını tәrtib edәnin vәzifәsi vә adı, soyadı göstәrilmәlidir;
- Sәnәdin adı (Xidmәti yazı) yazılmalıdır;
- Sәnәdin başlığı olmalıdır;
- Sәnәddә әvvәlcә mövcud situasiya, sonra isә konkret tәklif vә ya xahiş qeyd olunmalıdır;
- Sәnәdin sonunda onu tәrtib edәnin vәzifәsi adı, soyadı, imzası vә tarix yazılmalıdır.

"Əmək Münasibətləri: A-dan Z-yə" (VII nəşr) və "Kargüzarlıq: A-dan Z-yə" (II nəşr)  artıq SATIŞDA

Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.

 
 
 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər