Cümə axşamı, 12 Dekabr 2019 05:30

İşçiyə törətdiyi intizam xətasına görə bir necə intizam tənbehi verilə bilər?

"Vergi uçotu: A-dan Z-yə" kitabının müəllifi Anar Bayramovun yeni kitabı "Əməyin uçotu: A-dan Z-yə"dən seçmə

Bəzi işəgötürənlər əmək intizamını pozan işçiyə həm töhmət, həm də əmək haqının ¼-dən çox olmamaqla şərti cərimə təbiq ediməsi haqqında qərar verirlər. İşəgötürən tərəfindən bu cür qərarların verilməsi yalnışdır. Çünki, Əmək Məcəlləsinin 189-cu maddəsinin birinci hissəsinə əsasən, bir intizam xətasına görə yalnız bir intizam tənbehi verilir. Bir dəfə törədilən bir intizam xətasına görə bir neçə intizam tənbehi verilə bilməz.

Digər maraqlı hal isə, işəgötürən tərəfindən intizam tənbehi verildiyi vaxtda işçinin faktiki harada olmasıdır. Misal üçün, işçi 10 oktyabr 2019-cu il tarixdə intizam xətası törədir. İşəgötürən araşdırmanın nəticəsi kimi işçiyə 15 oktyabr 2019-cu il tarixdə intizam tənbehi kimi töhmət verir. Amma işçi 14 oktyabr 2019-cu il tarixdən 20 günlük məzuniyyətə çıxıb. Bu halda işəgötürənin işçiyə töhmət verilməsi barədə əmr imzalaması doğru deyil. İşəgötürən işçinin məzuniyyətdən qayıtmasını gözləməlidir. Çünki Əmək Məcəlləsinin 189-cu maddəsinin ikinci hissəsinə əsasən, intizam tənbehi işçiyə işdə olduğu iş günü ərzində verilə bilər. Məzuniyyətdə, ezamiyyətdə olan, əmək qabiliyyətini müvəqqəti itirdiyi müddət ərzində işçiyə intizam tənbehi verilə bilməz.

Sual oluna bilər: işçi törətdiyi intizam xətası aşkar olunduqdan bir ay sonra işə qayıtdığı halda, müddət ötürülmür? Xeyr, çünki işçinin məzuniyyətdə olduğu dövr bir aylıq müddətə daxil edilmir.

"Əmək Münasibətləri: A-dan Z-yə" (VII nəşr) və "Kargüzarlıq: A-dan Z-yə" (II nəşr)  artıq SATIŞDA

Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.

 
 
 

Şərh yazın