Çərşənbə, 11 Dekabr 2019 05:31

Sınaq müddəti ilə işə qəbul necə rəsmiləşdirilməlidir? (Nümünəvi forma)

Qalib Toğrulun müəllifi olduğu, hazırda satışı davam edən “A-dan Z-yə Kargüzarlıq” kitabından növbəti seçmə

İşәgötürәnlәr vә işçilәr unutmasınlar ki, yeni işә qәbul olunan işçiyә münasibәtdә sınaq müddәtinin müәyyәnlәşdirilmәsi işәgötürәnin öhdәliyi yox, hüququdur. O, sınaq müddәtini müәyyәnlәşdiribmüәyyәnlәşdirmәmәkdә sәrbәstdir. Mümkündür ki, işçinin işә qәbulla bağlı әrizәsindә dә bu barәdә qeydlәr olsun. İşçinin sınaq müddәti tәyin olunmaqla işә qәbulu әmrinin nümunәvi formasını tәqdim edirik.

Blank “Alov” MMC

ӘMR №________

Xaçmaz şәhәri ____ ________________2019-cu il

İşçinin sınaq müddәti ilә işә qәbul olunması haqqında Azәrbaycan Respublikasının Әmәk Mәcәllәsinin 81-ci maddәsinin 1-ci bәndinә vә Quliyev Rza Әşir oğlu ilә bağlanılmış ___ ________2019-cu il tarixli vә ___№-li әmәk müqavilәsi bildirişinә әsaslanaraq

ӘMR EDİRӘM:

1. Quliyev Rza Әşir oğlu 03 avqust 2019-cu il tarixdәn “Alov” MMCnin Satış şöbәsinә aparıcı mütәxәssis vәzifәsinә tәyin edilsin.

2. İşçinin aylıq vәzifә maaşı ştat cәdvәlinә uyğun olaraq 752 (yeddi yüz әlli iki) manat müәyyәnlәşdirilsin.

3. İşçiyә münasibәtdә ___ _______2019-cu il tarixdәn ____ _________2019-cu il tarixәdәk, 2 (iki) aylıq sınaq müddәti tәyin edilsin.

4. İşçi vәzifә tәlimatı ilә tanış edilsin.

5. Әmrin icrasına nәzarәt Kadrlarla iş şöbәsinin müdiri Ağazadә Nazlı Hәsәnağa qızına hәvalә olunsun.

Direktor _______ Nәbili N.N.

Әmrlә tanış oldum: __________ Quliyev R.Ә.

Tarix: ________

"Əmək Münasibətləri: A-dan Z-yə" (VII nəşr) və "Kargüzarlıq: A-dan Z-yə" (II nəşr)  artıq SATIŞDA

Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.

Şərh yazın