İşçi əmək kitabçasını itirdikdə, proses necə tənzimlənməlidir?

İşçi əmək kitabçasını itirdikdə, proses necə tənzimlənməlidir?

"Vergi uçotu: A-dan Z-yə" kitabının müəllifi Anar Bayramovun yeni kitabı "Əməyin uçotu: A-dan Z-yə"dən seçmə

Təcrübədə rast gəlinən hallardan biri də, işə qəbul zamanı işçinin iş təcrübəsi olmasına baxmayaraq əmək kitabçasını təqdim etməməsidir. Burda iki hal mümkündür. Ola bilər ki, əvvəlki iş yerində işçiyə əmək kitabçası açılmayıb və ya işçi əmək kitabçasını itirib.

Birinci halda işçi öncəki iş yerində müvafiq qeydlər aparılmış əmək kitabçasını yeni iş yerinə təqdim etməlidir.  Əgər işçi əmək kitabçasını itiribsə, bu zaman son iş yerindən əmək fəaliyyəti haqqında arayış alaraq cari iş yerinə təqdim etməlidir ki, ona dublikat əmək kitabçası alındıqdan sonra sənəddə müvafiq qeydlər aparılsın. Qaydalara əsasən, əmək kitabçası itdikdə və ya yararsız hala düşdükdə işçiyə verilən yeni əmək kitabçasının işçi haqqında məlumat səhifəsinin yuxarı sağ tərəfində iri hərflərlə “Dublikat” sözü yazılmalıdır.

Bəzən olur ki, işçinin əvvəllər çalışdığı müəssisə ləğv edilir. Bu zaman işçi həmin müəssisənin arxiv sənədlərini təhvil verdiyi müvafiq arxiv idarəsindən arayış alaraq cari iş yerinə təqdim etməlidir.

Bir halı da qeyd edək ki, bəzi hallarda işçinin əvvəllər çalışdığı işəgötürəni tapmaq və ya arxiv idarəsində həmin işəgötürən barəsində işçi haqqında məlumat əldə etmək mümkün olmur. Bu zaman artıq işçi məhkəməyə müraciət edərək, işlədiyini təsdiq edən məhkəmə qərarını əldə etməlidir.

"Əmək Münasibətləri: A-dan Z-yə" (VII nəşr) və "Kargüzarlıq: A-dan Z-yə" (II nəşr)  artıq SATIŞDA

Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər