Müavinәt komissiyasının iclasının protokolu necə tərtib olunmalıdır? (Nümünəvi forma)

Müavinәt komissiyasının iclasının protokolu necə tərtib olunmalıdır? (Nümünəvi forma)

Qalib Toğrulun müəllifi olduğu, hazırda satışı davam edən “A-dan Z-yə Kargüzarlıq” kitabından növbəti seçmə

Әvvәlcә Müavinәt komissiyasının iclasının protokolunun nümunәvi formasına baxaq, sonra әmri nәzәrdәn keçirәrik.

«Alov» MMC-nin Müavinәt komissiyasının iclasının

PROTOKOLU № _____

Saatlı şәhәri ____ ____________2019-cu il

İştirak edirdilәr:

1. Әliyev Adil Camal oğlu (komissiyanın sәdri)

2. Qalabәyov Әlimәrdan Hәsәn oğlu (komissiyanın üzvü)

3. Mәmmәdov Kamil Amil oğlu (komissiyanın üzvü)

İclasın gündәliyi: Kadrlarla iş şöbәsinin mütәxәssisi Quliyeva Әsmәr Qadir qızına hamilәlik vә doğumla bağlı müavinәtin ödәnilmәsi mәsәlәsi

Eşidildi: Komissiyanın sәdri Әliyev Adil Camal oğlu bildirdi ki, Quliyeva Әsmәr Qadir qızı 2018-ci ilin fevralından “Alov” MMC-dә Kadrlarla iş şöbәsinin mütәxәssisi vәzifәsindә işlәyir. Tәkcә “Alov” MMCdә sosila sığorta stajı 6 aydan çoxdur. Komissiyanın sәdri qeyd etdi ki, işçi 27 iyul 2019-cu il tarixindә Azәrbaycan Respublikasının Әmәk Mәcәllәsinin vә Azәrbaycan Respublikası Nazirlәr Kabinetinin 15 sentyabr 1998-ci il tarixli, 189 nömrәli qәrarı ilә tәsdiq edilmiş “Mәcburi dövlәt sosial sığortası üzrә ödәmәlәrin vә әmәk qabiliyyәtini müvәqqәti itirmiş işçilәrә sığortaedәnin vәsaiti hesabına ödәnilәn müavinәtin hesablanması vә ödәnilmәsi haqqında” Әsasnamәnin tәlәblәrinә uyğun tәrtib olunmuş hamilәlik vә doğumla bağlı xәstәlik vәrәqәsi tәqdim edib. Sәnәdә uyğun olaraq onun sosial mәzuniyyәti 126 gün olmalıdır. Komissiyanın üzvü Qalabәyov Әlimәrdan Hәsәn oğlu söz alaraq bildirdi ki, Quliyeva Әsmәr Qadir qızının sәnәdlәrinin hazırlanaraq Azәrbaycan Respublikasının Әmәk vә Әhalinin Sosial Müdafiәsi Nazirliyi yanında Dövlәt Sosial Müdafiә Fondunun Nәrimanov rayon şöbәsinә tәqdim etmәk üçün heç bir hüquqi maneә yoxdur. Komissiyanın digәr üzvü Mәmmәdov Kamil Amil oğlu xәstәlik vәrәqәsinin arxa hissәsinin müvafiq şöbәlәr tәrәfindәn doldurulması vә mühasibatlıq tәrәfindәn işçinin sosial müavinәtinin mәblәğinin hesablanmasının vacibliyini vurğuladı.

Qәrara alındı: Kadrlarla iş şöbәsinin mütәxәssisi Quliyeva Әsmәr Qadir qızının tәqdim etdiyi xәstәlik vәrәqәsinә әsasәn sığortaolunanın 126 (bir yüz iyirmi altı) günlük hamilәliyә vә doğuşa görә sosial mәzuniyyәt çıxmaq vә sosial sığorta ödәnişlәri hesabına müavinәt almaq hüququ var.

Komissiyanın sәdri: ___________ Әliyev Adil Camal oğlu

Komissiyanın üzvü: ___________Qalabәyov Әlimәrdan Hәsәn oğlu

Komissiyanın üzvü: ___________Mәmmәdov Kamil Amil oğlu 

"Əmək Münasibətləri: A-dan Z-yə" (VII nəşr) və "Kargüzarlıq: A-dan Z-yə" (II nəşr)  artıq SATIŞDA

Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir. 

 
 
 

 

 

1 Komment

  1. Leyla 29 Dekabr 2019

    Salam Karguzarliq kitabinin qiyməti necəyədir?

Şərh yazın

Son məqalələr

Populyar məqalələr

Xəbərlər