Cümə, 06 Dekabr 2019 05:49

İşçinin əmək qabiliyyətini itirməsinə görə işəgötürən tərəfindən DSMF-yə hansı sənədlər təqdim edilməlidir?

"Vergi uçotu: A-dan Z-yə" kitabının müəllifi Anar Bayramovun yeni kitabı "Əməyin uçotu: A-dan Z-yə"dən seçmə

Əmək qabiliyyətinin itirilməsi ilə bağlı müavinətin alınması zamanı təqdim edilən sənədlər haqqında məlumat verək. Əsasnamənin 114.1-ci maddəsinə əsasən, məcburi dövlət sosial sığorta haqqı hesabına müavinətin ödənilməsi üçün sığortaedən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu şəhər (rayon) şöbəsinə və ya “DOST” mərkəzinə məktubla (elekron formada bunu artıq ərizə əvəz edir) aşağıdakı sənədlər əlavə olunmaqla müraciət etməlidir.

- Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə  xəstəlik vərəqəsinn surəti;

- Müavinəti təyin edən komissiyanın protokolunun surəti;

- Müavinət alan şəxslərin bank rekvizitləri və ya poçt ünvanı (faktiki yaşayış ünvanı) (elektron formada artıq bu göstəricilər onlayn olaraq qeyd edilir).

Amma elektron formada təqdimat zamanı tələb olunan sənədlər 3 kateqoriya bölünür:

  • Protokolun sürəti;
  • Xəstəlik vərəqəsi;
  • Digər

“Digər sənədlər” bölməsinə nələrin aid edilməsinə gəlincə isə, bura işçinin əvvəlki 12 ayda başqa yerdə işləməsini, əlavə iş yerindəki gəlirlərini, faizə görə sosial kateqoriya aid olmasını və s. fərqli halları sübut edən sənədlər daxildir.

"Əmək Münasibətləri: A-dan Z-yə" (VII nəşr) və "Kargüzarlıq: A-dan Z-yə" (II nəşr)  artıq SATIŞDA

Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.

Şərh yazın