Cümə axşamı, 05 Dekabr 2019 06:38

Könüllü vəya təcrübəçi cəlb etmək istəyənlər üçün FAYDALI YAZI

"Vergi uçotu: A-dan Z-yə" kitabının müəllifi Anar Bayramovun yeni kitabı "Əməyin uçotu: A-dan Z-yə"dən seçmə

Son zamanlar ən çox müzarikə olunan məsələrdən biri də könüllük müqaviləsidir. Bəzi işəgötürənlər gəncləri az ödənişli və ya ödənişsiz əsaslarla könüllü işə dəvət edirlər. İlk olaraq baxaq: könüllü fəaliyyət nədir və kimlərə şamil olunur. Kitabın üzərindəki CD diskdə yerləşdirilən “Könüllü fəaliyyət haqqında” AR Qanununa əsasən, könüllü fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan edilməyən, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi ilə bağlı ictimai faydalı və gəlirsiz fəaliyyətdir.

Göründüyü kimi, könüllü fəaliyyət ictimai faydalı olmaqla yanaşı, gəlirsiz fəaliyyətdir. “Özəl şirkətlər könüllüləri cəlb edə bilərmi” sualına gəlincə isə, qanunun 2.3-cü bəndində qeyd edilir ki, könüllü fəaliyyətin təşkilatçısı – könüllü fəaliyyətin təşkilini və həyata keçirilməsini təmin edən dövlət orqanları, dövlət büdcəsindən maliyyələşən təşkilatlar, yerli özünüidarə orqanları və qeyri-hökumət təşkilatlarıdır. Qanunun bu bəndindən çıxış edərək deyə bilərik ki, özəl təşkilatların könüllü cəlb etmək hüququ yoxdur, o səbəbdən yoxlamlar zamanı təşkilatlarda könüllü statusunda çalışan işçilərə rast gəlinərsə, həmin şəxslər əmək müqaviləsi olmadan cəlb edilən şəxs kimi dəyəndirilək müvafiq maliyyə sankiyası və inzibati cərimə tətbiq olunacaq. Dövlət orqanları, dövlət büdcəsindən maliyyələşən təşkilatlar, yerli özünüidarə orqanları və qeyri-hökumət təşkilatları isə könüllü cəlb etdikdə, könüllü fəaliyyət münasibətlərini tənzimləyən müqavilə imzalamalıdır. Həmçinin, həmin könüllülərin fəaliyyətlərindən müəssisəsinin fəaliyyətində (mühasib, kadrlarla iş və s.) yox, ictimai işlərdə istifadə edilməlidir. Qanuna əsasən ictimai işlərə aşağıdakılar daxil edilir:

Könüllü fəaliyyət aşağıdakı istiqamətlər üzrə həyata keçirilir:

  • əlillərə, kimsəsizlərə, qocalara, aztəminatlı ailələrə, qaçqınlara və məcburi köçkünlərə kömək edilməsi;
  • insanpərvərliyin və dözümlülüyün təbliği;
  • istehlakçıların hüquqlarının qorunması;
  • hüquqi və mədəni maarifləndirmə;
  • uşaq və gənclərin təhsili, tərbiyəsi, fiziki və əqli inkişafı;
  • idmanın inkişafı;
  • xəstəliklər və epidemiyalar barədə məlumatlandırma;
  • sağlam həyat tərzinin təbliği;
  • ətraf mühitin mühafizəsi;
  • tarix və mədəniyyət abidələrinin, mədəni və mənəvi irsin qorunması;
  • silahlı münaqişələr, təbii fəlakətlər, sənaye qəzaları, yanğınlar, epidemiyalar, epizootiyalar və digər fövqəladə halların nəticələrinin aradan qaldırılmasına, o cümlədən fövqəladə hallar nəticəsində zərər çəkmiş şəxslərə yardım göstərilməsi;
  • cəzaçəkmə müəssisələrindən azad edilən, narkotik asılılığa düçar olan, məişət zorakılığına məruz qalan şəxslərə və çətin həyat şəraitində olan digər şəxslərə (ailələrə) kömək edilməsi; 
  • Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə zidd olmayan digər fəaliyyət sahələri.

"Əmək Münasibətləri: A-dan Z-yə" (VII nəşr) və "Kargüzarlıq: A-dan Z-yə" (II nəşr)  artıq SATIŞDA

Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.

 
 
 

Şərh yazın