Çərşənbə axşamı, 03 Dekabr 2019 10:30

Tanınmış mütəxəssis Nihat Əliyevdən Nazirlər Kabinetinin qərarına etiraz

Xəbər verdiyimiz kimi, Nazirlər Kabinetinin 461 saylı,  2 dekabr 2019-cu il tarixli qərarına əsasən, iş və istirahət günlərinin yeri dəyişdirilib. Baş Nazir Əli Əsədovun imzaladığı qərarda qeyd edilir ki, Əmək Məcəlləsinin 105-ci maddəsinin 7-ci hissəsinə əsasən, iş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədilə 2019-cu ilin 28 və 29 dekabr istirahət günləri ilə 2020-ci ilin 3 və 6 yanvar iş günlərinin yerləri dəyişdirilib. İnsan resursları sahəsində tanınmış mütəxəssis Nihat Əliyev qərarın düzgün olmadığını bildirib: "Nazirlər Kabinetinin iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədi ilə bağlı qəbul etdiyi qərar düşünürəm ki, Az.Respublikasının Konstitusiyasına və Əmək Məcəlləsinə ziddir. İlk növbədə qeyd etmək istərdim ki, Əmək Məcəlləsinin 1-ci maddəsinə əsasən, Əmək Qanunvericiliyi sistemində ən əsas yeri Əmək Məcəlləsi tutur və müvafiq icra hakimiyyət orqanlarının qəbul etdiyi qərarlar (Nazirlər Kabinetinin qəbul etdiyi qərarlar) Əmək Məcəlləsinə zidd olmamalıdır. Lakin, həmin qərar Az.Respublikası Konsititusiyasının 37-ci maddəsinə və Əmək Məcəlləsinin 89, 90, 104-cü maddələriə ziddir. Əmək Məcələsinə əsasən işçilərin həftəlik iş vaxtı 40 saatdan artıq olmamalıdır amma bu halda həftəlik 40 saat iş rejimini keçir. Bundan əlavə Əmək Məcəlləsinə əsasən, işçilər üçün mütləq həftələrarası istirahət günləri (1 və ya 2 gün) müəyyən olunmalıdır, lakin burada həftələrarası istirahət günləri olmur."

"Əmək Münasibətləri: A-dan Z-yə" (VII nəşr) və "Kargüzarlıq: A-dan Z-yə" (II nəşr)  artıq SATIŞDA

Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.
Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.

Şərh yazın