Bazar ertəsi, 02 Dekabr 2019 16:44

DİQQƏT! Nazirlər Kabinetindən qərar - Ardıcıl 7 gün istirahət günü olacaq

Nazirlər Kabinetinin 461 saylı,  2 dekabr 2019-cu il tarixli qərarına əsasən, iş və istirahət günlərinin yeri dəyişdirilib. Baş Nazir Əli Əsədovun imzaladığı qərarda qeyd edilir ki, Əmək Məcəlləsinin 105-ci maddəsinin 7-ci hissəsinə əsasən, iş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədilə 2019-cu ilin 28 və 29 dekabr istirahət günləri ilə 2020-ci ilin 3 və 6 yanvar iş günlərinin yerləri dəyişdirilib.

Qərardan göründüyü kimi, 24-30 dekabr 2019-cu il tarixlərdə ardıcıl 7 gün iş günü hesab ediləcək. Bu səbəbdən də, 31 dekabr- 06 yanvar 2020-ci il tarixlərdə isə ardıcıl olaraq 7 gün istirahət günü hesab ediləcək. Məlumat üçün qeyd ki, 23 dekabr 2019-cu il tarixi Bələdiyyəyə seçkilər günü olduğu üçün həmin gün də iş günü hesab olunmayacaq.

"Əmək Münasibətləri: A-dan Z-yə" (VII nəşr) və "Kargüzarlıq: A-dan Z-yə" (II nəşr)  artıq SATIŞDA

Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.
Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.

Şərh yazın