Bazar ertəsi, 02 Dekabr 2019 10:06

Anar Bayramovun təqdimatında: İşçilərin və ştatların ixtisarı zamanı müavinətin hesablanması

Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndinə əsasən, əmək müqaviləsinə işəgötürən tərəfindən işçilərin sayının azaldılması və ya ştat ixtisarı ilə əlaqədar xitam verilməsi mümkündür. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi müəssisə bağlandığı, işçilərin sayı və ya ştatlar ixtisar edildiyi zaman baş verir.

İqtisadçı ekspert Anar Bayramov mövzunu şərh edərkən bildirib ki, işəgötürən ixtisar haqqında qərar verdikdən sonra işçilərin stajına uyğun olaraq onlara öncədən rəsmi xəbərdarlıq təqdim etməlidir. Əmək Məcəlləsinin 77-ci maddəsinin tələblərinə əsasən, işçilərin sayı azaldıqda və ya ştatlar ixtisar olunduqda işəgötürən işçiyə onunla bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) əsasən, müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir:

  • bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi;
  • bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi;
  • beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi;
  • on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi.

Əmək qanunvericiliyi işçiyə xəbərdarlıq aldıqdan sonra işdənçıxma tarixini gözləməyərək işdən getmək hüququ verir. Təbii ki, bu halda da işçiyə müavinət ödəniləcək. Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-cü hissəsinə əsasən, müavinətlərin məbləğləri aşağıdakı qaydada hesablanır:

Sıra

İşçilərin kateqoriyaları

Rəsmi xəbərdarlıq müddəti

Xəbərdarlıq müddətinin əvəzinə ödənilən müavinət

1

Bir ilədək əmək stajı olan işçilər

Azı iki təqvim həftə öncə

orta aylıq əməkhaqqının 0,5 misli

2

Bir ildən beş ilədək əmək stajı olan işçilər

Azı dörd təqvim həftə öncə

orta aylıq əməkhaqqının 0,9 misli

3

Beş ildən on ilədək əmək stajı olan işçilər

Azı altı təqvim həftə öncə

orta aylıq əməkhaqqının 1,4 misli

4

On ildən çox əmək stajı olan işçilər

Azı doqquz təqvim həftə öncə

orta aylıq əməkhaqqının 2 misli

 

 

Misal. İşəgötürənlə bağlanmış əmək müqaviləsinə əsasən, ixtisar olunacaq dörd işçinin orta əməkhaqqı eyni məbləğdə – 450 manat olsa da, iş stajları fərqlənir. Qanunvericiliyin tələblərinə uyğun olaraq, işçilərə iş stajlarına görə rəsmi xəbərdarlıq verilib. Hər bir işçi xəbərdarlıq məktubu aldıqdan sonra işdən çıxmağa razılıq verdiyi üçün müavinətlərin hesablanılıb ödənilməsi aşağıdakı kimi olacaq:

  • bir ilədək əmək stajı olan işçiyə - 225 manat (450 manat x 0,5 misli);
  • bir ildən beş ilədək əmək stajı olan işçi - 405 manat (450 manat x 0,9 misli)
  • beş ildən on ilədək əmək stajı olan işçi – 630 manat (450 manat x 1,4 misli)
  • on ildən çox əmək stajı olan işçi - 900 manat (450 manat x 2 misli).

 

 Fəxriyyə İkramqızı

Vergiler.az

"Əmək Münasibətləri: A-dan Z-yə" (VII nəşr) və "Kargüzarlıq: A-dan Z-yə" (II nəşr)  artıq SATIŞDA

Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir. 

1 Şərh

  • Şərh bağlantısı Fidan Çərşənbə axşamı, 03 Dekabr 2019 08:27 tərəfindən təqdim olunub Fidan

    Bes emek necellesinin 77 maddesinde asagdaki kimi yazilibdir


    Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir:[103]

    bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında;

    bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında;

    beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında;

    on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında.

Şərh yazın