İşəgötürən işçinin məzuniyyət günlərini düzgün müəyyən etməzsə, cərimə olunur?

İşəgötürən işçinin məzuniyyət günlərini düzgün müəyyən etməzsə, cərimə olunur?

"Vergi uçotu: A-dan Z-yə" kitabının müəllifi Anar Bayramovun yeni kitabı "Əməyin uçotu: A-dan Z-yə"dən seçmə

Təcrübədə ən çox rast gəlinən hallardan biri də işəgötürəninin işçinin əsas məzuniyyət günlərini düzgün müəyyən etməməsidir. Misal üçün, baş mühasibə 30 yox, 21 gün əsas məzuniyyət günləri müəyyən edir. DƏMX yoxlamaları zamanı bu hal aşkar olunarsa, vergi ödəyicisinə müəyyən cərimələr tətbiq olunur. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 192.5-ci maddəsinə əsasən, işçinin məzuniyyət hüquqlarının pozulmasına, işçiyə əmək məzuniyyətinin verilməməsinə, habelə istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən edilmiş kompensasiyanın ödənilməməsinə görə- vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.

Misal. “A” MMC hüquqşünas vəzifəsində çalışan işçisinə 21 günlük əsas məzuniyyət müəyyən edib. İşçi bununla bağlı DƏMX-yə müraciət edib. Yoxlamalar zamanı işçinin məzuniyyət hüquqlarının pozulması aşkar olunub. İşçinin əmək məzuniyyəti günlərinə düzəliş olunması ilə yanaşı, “A”MMC-nin vəzifələri şəxsləri min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.

"Əmək Münasibətləri: A-dan Z-yə" (VII nəşr) və "Kargüzarlıq: A-dan Z-yə" (II nəşr)  artıq SATIŞDA

Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.

 
 
 

0 Komment

    Şərh yazın

    Xəbərlər