FAYDALI MƏSLƏHƏT: Məzuniyyəti hansı dövrdə götürmək işçiyə daha sərfəlidir?

FAYDALI MƏSLƏHƏT: Məzuniyyəti hansı dövrdə götürmək işçiyə daha sərfəlidir?

"Vergi uçotu: A-dan Z-yə" kitabının müəllifi Anar Bayramovun yeni kitabı "Əməyin uçotu: A-dan Z-yə"dən seçmə

Əksər işçilər birmənalı şəkildə əmək məzuniyyətlərini yay aylarında götürməyə çalışırlar. Hansı fəsildə növbəti əmək məzuniyyəti hüquqlarından istifadə etmələrini işçilərin öz öhdələrinə buraxaraq, əmək məzuniyyəti götürərkən aşağıdakı  məqamlara diqqət yetirmələrini tövsiyə edirik:

  • - Yaxın dövrlərdə kütləvi artım gözlənilirsə, o halda artım baş verdiyi tarixdən sonrakı ayda məzuniyyət götürülməsi daha məqsədəuyğundur.

Açıqlama: Çünki Nazirlər Kabinetinin 137 saylı qərarına əsasən, kütləvi artım olduğu halda əmsallaşdırılma həyata keçirilməlidir.

  • - Əmək haqqı üzrə artım və ya əlavələr (əlavə iş saaatı, mükafat, əvəzetmə və s.) olubsa, o halda artım olan dövrün son 12 aya daxil olmasına çalışmaq lazimdır.

Açıqlama: İşçi 15 oktyabr 2019-cu ildə əmək məzuniyyətindən istifadə edir. Amma 2018-ci ilin avqust ayında 3 aylıq sınaq müddəti ilə işə qəbul olunmuş işçinin əmək müqaviləsində sınaq dövründə əmək haqqı 300 manat, sınaq müddətindən sonraki, yəni 1 noyabr 2018-ci il tarixdən isə 600 manat göstərilib. O səbəbdən də, işçi 2019-cu ilin oktyabr ayında məzuniyyətdən çıxdığı halda son 12 aya 300 manat əmək haqqı aldığı dövrün bir hissəsi də düşəcək. Amma 2019-cu ilin noyabr ayında məzuniyyətə çıxdığı halda artıq birbaşa 600 manat əmək haqqı aldığı dövrlər nəzərə alınacaq.

  • - Məzuniyyətə çıxdığı ayda iş günlərinin sayı istehsalat təqviminə əsasən çox olsun.

Açıqlama: İşçilərə məsləhət görərdik ki, 5 günlük Novruz Bayramı və bir günlük 8 mart Beynəlxalq Qadınlar Günü olan mart ayında bacardıqları qədər məzuniyyət hüquqlarından istifadə etməsinlər. Çünki həmin aylarda iş günləri az olduğu üçün məzuniyyətdən əvvəl və (və ya) sonra işlədiyi günlərə görə hesablanan əmək haqqına mənfi təsir edir.

2019-cu ilin mart ayında iş günlərinin sayı 15 gündür, işçinin əmək haqqı 600 manatdır. Bu zaman mart ayında işçinin hər bir iş günə düşən əmək haqqı 40 manat təşkil edir. Tutaq ki, işçinin son 12 ayda əmək haqqı sabit olaraq 600 manat olub. O halda məzuniyyət haqqı hesablanan zaman 1 günlük məbləğ 19.73 manat (7200 (600 x 12 ay) / 12 ay /30.4) manat olacaq. Həmin məzuniyyət günlərinin iş gününə təsadüf edən günlərinə görə işçi məzuniyyətdə olduğu halda 19,73 manat alacaq, amma işləsəydi, bu məbləğ 2 dəfədən də çox – 40 manat olacaqdı.

O səbəbdən də, işçiyə 20 iş günü olan 2019-cu ilin avqust ayında deyil, 23 iş günü olan 2019-cu ilin oktyabr ayında məzuniyyətə çıxmaq daha sərfəlidir.

"Əmək Münasibətləri: A-dan Z-yə" (VII nəşr) və "Kargüzarlıq: A-dan Z-yə" (II nəşr)  artıq SATIŞDA

Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.

0 Komment

    Şərh yazın

    Xəbərlər