Uşağa qulluğa görә mәzuniyyәtin verilmәsi üçün әrizә necə yazılmalıdır? (Nümünəvi forma)

Uşağa qulluğa görә mәzuniyyәtin verilmәsi üçün әrizә necə yazılmalıdır? (Nümünəvi forma)

Qalib Toğrulun müəllifi olduğu, hazırda satışı davam edən “A-dan Z-yə Kargüzarlıq” kitabından növbəti seçmə

Uşaq üç yaşına çatanadәk ona qulluq edilmәsinә görә mәzuniyyәtin verilmәsi üçün işçinin әrizәsinin nümunәvi formasını tәqdim edirik:

“Alov” MMC-nin direktoru Nәbili Nüsrәt Nadir oğluna Kadrlarla iş şöbәsinin mütәxәssisi Quliyeva Әsmәr Qadir qızı tәrәfindәn

ӘRİZӘ

Xahiş edirәm, Azәrbaycan Respublikasının Әmәk Mәcәllәsinin 127-ci maddәsinә uyğun olaraq mәnә 3 yaşınadәk uşağa qulluq edilmәsinә görә qismәn ödәnilәn mәzuniyyәt tәqdim edәsiniz. Qanunvericiliyә uyğun olaraq sosial sığorta ödәnişlәri hesabına aylıq müavinәtin tәyin edilmәsi üçün tәlәb olunan sәnәdlәrin Azәrbaycan Respublikasının Әmәk vә Әhalinin Sosial Müdafiәsi Nazirliyi yanında Dövlәt Sosial Müdafiә Fondunun Nәrimanov rayon şöbәsinә tәqdim olunmasını tәmin etmәyinizi xahiş edirәm.

Qoşma:

1. Uşağın doğum haqqında şәhadәtnamәsinin surәti, 1 vәrәq, 1 nüsxә;

2. Uşağın 3 yaşınadәk ona qulluq edilmәsinә görә mәzuniyyәtdәn istifadә etmәmәsi haqqında atasının iş yerindәn arayış, 1 vәrәq, 1 nüsxә.

___________ Quliyeva Ә.Q.

Tarix: ________

"Əmək Münasibətləri: A-dan Z-yə" (VII nəşr) və "Kargüzarlıq: A-dan Z-yə" (II nəşr)  artıq SATIŞDA

Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir. 

 

 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər