İşçinin işdən kənarlaşması zamanı diqqət yetiriləsi 5 VACİB MƏQAM

İşçinin işdən kənarlaşması zamanı diqqət yetiriləsi 5 VACİB MƏQAM

Qalib Toğrulun müəllifi olduğu, hazırda satışı davam edən “A-dan Z-yə Kargüzarlıq” kitabından növbəti seçmə

İşçinin işdən kənarlaşması barәdә Azәrbaycan Respublikasının Әmәk Mәcәllәsinin 62-ci maddәsindә mәlumat verilir. İşçinin işdәn kәnar edilmәsi işәgötürәnlә işçi arasında bilavasitә baş verәn prosesdir ki, burada kadrlarla iş şöbәsinin dә üzәrinә böyük mәsuliyyәt düşür. İşçinin iş yerindәn müvәqqәti kәnarlaşdırılması prosedurunun rәsmilәşdirilmәsi zamanı bir neçә meyara әmәl olunmalıdır.

Nәzәrә alın: Birincisi, qanunvericilik işçinin işdәn kәnarlaşdırılmasının yetәrli açıqlamasını vermir.
İkincisi, işçinin işdәn kәnarlaşdırılması onun faktiki vәzifә funksiyalarının icrasına başlamadan da mümkündür, iş yerindә işinә davam edәn müddәtdә dә.
Üçüncüsü, Әmәk Mәcәllәsindә işçinin işdәn kәnarlaşdırılması hallarının siyahısı verilib. Ancaq bu siyahı tam deyil. Mәsәlәn, işәgötürәnin hüququ var ki, xidmәti araşdırma aparılmasına mane olan işçini işdәn kәnarlaşdırsın.
Dördüncüsü, işçinin işdәn kәnarlaşdırılmasının sәnәdlәşdirilmәsi ilә bağlı Әmәk Mәcәllәsindә detallı mәlumat yoxdur. Әgәr işәgötürәn bu prosesi doğru rәsmilәşdirә bilmәsә, sonradan mәhkәmә tәrәfindәn işçini işdәn qanunsuz kәnarlaşdırdığına qәrar verilә, haqlı ikәn haqsız duruma düşә bilәr.
Nәhayәt, beşincisi, işçinin işdәn kәnarlaşdırılmasının müddәti ilә bağlı işәgötürәn diqqәtli olmalıdır.

"Əmək Münasibətləri: A-dan Z-yə" (VII nəşr) və "Kargüzarlıq: A-dan Z-yə" (II nəşr)  artıq SATIŞDA

Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.

0 Komment

    Şərh yazın

    Xəbərlər