2. Ciddi hesabat blankları doldurularkәn, onun boş qalmış sәtirlәri vә sütunları xәtlәnmәlidir.
3. Ciddi hesabat blanklarında qiymәtlәr manatla göstәrilmәlidir;
4. Ciddi hesabat blanklarını onlara oxşar rekvizitlәrә malik olan, ciddi hesabat blankları sayılmayan ilkin uçot sәnәdlәri ilә әvәz etmәyә yol verilmir;
5. Ciddi hesabat blanklarının istifadәsinә nәzarәt öz sәlahiyyәtlәri çәrçivәsindә Azәrbaycan Respublikasının Maliyyә Nazirliyi vә Azәrbaycan Respublikasının Vergilәr Nazirliyi tәrәfindәn hәyata keçirilir;
6. Ciddi hesabat blankları müәyyәn olunmuş qaydada tәşkilatların vә fәrdi sahibkarların anbarlarında vә ya bu mәqsәd üçün ayrılmış xüsusi yerlәrdә saxlanılır;
7. Ciddi hesabat blankları tәşkilatın rәhbәrinin, habelә fәrdi sahibkarın icazәsi ilә anbardan vә ya bu mәqsәd üçün ayrılmış xüsusi yerlәrdәn tәhtәlhesab şәxslәrә (icraçılara) qaimә-faktura әsasında verilmәlidir;
8. Ciddi hesabat blankları itirildikdә vә ya digәr sәbәbdәn çatışmayan ciddi hesabat blanklarının mövcudluğu müәyyәn edildikdә, bu barәdә tәşkilatlar vә fәrdi sahibkarlar tәrәfindәn müvafiq qaydada akt tәrtib olunmalı, mәtbuat orqanında müvafiq mәlumat dәrc etdirilmәli, blankları itirilmiş tәsәrrüfat subyektlәri tәrәfindәn Maliyyә vә Vergilәr Nazirliklәrinә müvafiq mәlumat verilmәlidir;
9. Ciddi hesabat blanklarının forma vә rekvizitlәrinin Azәrbaycan dili ilә yanaşı tәlәb olunan xarici dildә dә çap olunması mümkündür, bunun üçün Maliyyә Nazirliyindәn razılıq alınmalıdır.
"Əmək Münasibətləri: A-dan Z-yə" (VII nəşr) və "Kargüzarlıq: A-dan Z-yə" (II nəşr) artıq SATIŞDA
Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.
Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.