Bir gün işə gəlməyən işçinin əmək müqaviləsinə xitam vermək olar?

Bir gün işə gəlməyən işçinin əmək müqaviləsinə xitam vermək olar?

"Vergi uçotu: A-dan Z-yə" kitabının müəllifi Anar Bayramovun yeni kitabı "Əməyin uçotu: A-dan Z-yə"dən seçmə

İndi isə təcrübədə ən çox rast gəlinən hallarla bağlı fikrimizi bildirək. Əmək Məcəlləsinin Əmək Məcəlləsinin 72-ci maddəsinə əsasən, özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi əmək vəzifələrinin kobud şəkildə pozulması hesab olunur.

Misal. İşəgötürən müəyyən edir ki, işçi hər hansı məlumat vermədiyi halda bir gün işə gəlməyib. İşçi ilə əlaqə saxlamaq da mümkün olmur. Növbəti gün də işçinin işə gəlməməsi müəyyən edildikdən sonra işəgötürən qərar verir ki, işçinin əmək müqaviləsinə xitam verilsin. Müəyyən müddətdən sonra işçi xəstəlik kağızı təqdim edəndə aydın olur ki, artıq onun əmək müqaviləsinə xitam verilib. İşçi əmək müqaviləsinin xitamını əsassız hesab edərək Dövlət Əmək Müfəttişliyi Xidmətinə və ya məhkəməyə müraciət edərək əksər hallarda prosesdən qalıb ayrılır.

Bəs, əgər belədirsə, işçi bir gün işə gəlmədikdə işəgötürən nə etməlidir? Məqsədəuyğun hal odur ki, işəgötürən işçinin işə gəlməməsini aktlaşdırsın. İşçi işə qayıtdıqdan sonra hər hansı sənəd təqdim etmədiyi halda işçidən izahat alınması həyata keçirilsin.  Əgər işçi uzun müddət işə gəlmirsə və məlumat əldə olunmursa, o zaman işçinin yaşayış ünvanına yazılı xəbərdarlıq göndərilməsi tövsiyə olunur.

İşəgötürənlərə məsləhət görərdik ki, bu cür məsələlərdə diqqətli olsunlar və ən əsası əmək müqaviləsinə xitam verdikləri işçinin intizam xətasını düzgün rəsmiləşdirsinlər.

"Əmək Münasibətləri: A-dan Z-yə" (VII nəşr) və "Kargüzarlıq: A-dan Z-yə" (II nəşr)  artıq SATIŞDA

Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.

0 Komment

    Şərh yazın

    Xəbərlər