Sәnәdlәr kargüzarlıqdan idarә arxivinә hansı müddәtdә tәhvil verilmәlidir?

Sәnәdlәr kargüzarlıqdan idarә arxivinә hansı müddәtdә tәhvil verilmәlidir?

Qalib Toğrulun müəllifi olduğu, hazırda satışı davam edən “A-dan Z-yə Kargüzarlıq” kitabından növbəti seçmə

Normativ-hüquqi aktların tәlәblәrinә görә, Milli arxiv fondunun tәrkibinә daxil edilәn sәnәdlәr, o cümlәdәn uzun müddәt saxlanılan (10 ildәn artıq) vә şәxsi heyәtә aid sәnәdlәr idarәnin kargüzarlığında icrası başa çatdıqdan sonra bir ildәn tez vә üç ildәn gec olmayaraq idarә arxivinә tәhvil verilir. Ancaq burada bir istisna da nәzәrdә tutulub ki, mülki vәzifәlәrdә qulluq keçmiş vә işdәn azad olunmuş işçilәrin kadr işinә aid sәnәdlәri daha artıq müddәtdә struktur bölmәlәrdә saxlanıla bilәr.

Müvәqqәti saxlanma müddәtli (10 ildәn az) sәnәdlәr isә idarә arxivinә tәhvil verilmir, müәyyәn olunmuş saxlanma müddәtlәri başa çatanadәk struktur bölmәlәrdә saxlanılır. Struktur bölmәlәrdә bu növ sәnәdlәrin saxlanması üçün yer mәhdud olduqda istisna hal kimi, idarә rәhbәrinin qәrarı ilә işlәrin siyahıları vә ya işlәrin nomenklatur siyahısı әsasında idarә arxivinә tәhvil verilә bilәr.

"Əmək Münasibətləri: A-dan Z-yə" (VII nəşr) və "Kargüzarlıq: A-dan Z-yə" (II nəşr)  artıq SATIŞDA

Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.

0 Komment

    Şərh yazın

    Xəbərlər