Çərşənbə, 13 Noyabr 2019 05:37

İşəgötürən son haqq-hesabı vaxtında ödəyərsə, işçiyə əlavə ödəniş etməlidir?

"Vergi uçotu: A-dan Z-yə" kitabının müəllifi Anar Bayramovun yeni kitabı "Əməyin uçotu: A-dan Z-yə"dən seçmə

Təcrübədə rast gəlinən hallarda biri də, işəgötürənnin əmək kitabçasının üzrsüz səbəbdən işdən çıxan işçiyə təqdim etməməsidir. Əmək Məcəlləsinin 172-ci maddəsinin (Əmək haqqının verilməsi müddətləri) 6-cı bəndində qeyd edilir ki, işçinin əmək kitabçasının işçiyə işdən çıxan gün təqdim olunması işəgötürənin təqsiri üzündən ləngidildikdə, işçiyə işə düzələ bilmədiyi bütün müddət üçün orta əmək haqqı ödənilməlidir.

Əmək Məcəlləsində bu maddədə qeyd edilən «işəgötürənin təqsiri» məfhumuna aydınlıq gətilib. Bura əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə  əmək haqqının ödənilməməsi aiddir. Bu qayda müştərisi olduğu bank tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq maliyyə vəsaitləri ilə bağlı əməliyyatların düzgün aparılmaması, bankın müflisləşməsi, həmçinin görülmüş işin və ya yerinə yetirilmiş xidmətin haqqının başqa işəgötürən tərəfindən ödənilməməsi nəticəsində işçilərin əmək haqqını vaxtında verməyə işəgötürənin özündən asılı olmayan səbəblərə görə imkanı olmadığı hallara şamil edilmir.

Misal 1. “A” MMC  30 sentyabr 2019-cu il tarixdə işdən azad olunan işçinin əmək kitabçasını işçiyə təqdim etmir. Səbəb mühasibatlıq tərəfindən son haqq-hesabın vaxtında həyata keçirilməməsidir. Bu səbəbdən işçi “B” MMC-də işə düzələ bilmir və işçinin yeni iş tapması müddəti 1 ay çəkir. Bu halda ona bir aylıq orta əmək haqqı ödənilməlidir.

Misal 2. “A” MMC cari hesabının olduğu bankın müflisləşməsi səbəbindən əmək haqlarını vaxtında verə bilmir. Bu səbəbdən işçi ilə son haqq-hesabın aparılması ləngiyir və əmək kitabçası vaxtında təqdim olunmur. Bankın müflisləşməsi işəgötürənin təqsiri hesab edilməyindən işçiyə orta aylıq əmək haqqı ödənilməsi məcburiyyəti yaranmır.

"Əmək Münasibətləri: A-dan Z-yə" (VII nəşr) və "Kargüzarlıq: A-dan Z-yə" (II nəşr)  artıq SATIŞDA

Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.

Şərh yazın