Hamilə qadının natamam iş vaxtına keçirilməsinin rəsmiləşdirilməsi (İki nümünəvi forma)

Hamilə qadının natamam iş vaxtına keçirilməsinin rəsmiləşdirilməsi (İki nümünəvi forma)

Qalib Toğrulun müəllifi olduğu, hazırda satışı davam edən “A-dan Z-yə Kargüzarlıq” kitabından növbəti seçmə

Bәzi işçilәr var ki, onların natamam iş vaxtı ilә işә qәbulu vә ya sonradan natamam iş vaxtı ilә işlәmәk istәmәsi işәgötürәn tәrәfindәn qeyd-şәrtsiz qәbul olunmalıdır. Bu halda yalnız natamam iş vaxtının şәrtlәri müzakirә mövzusu ola bilәr. Tutaq ki, fәslin әvvәlindә qısaldılmış iş vaxtı ilә işlәmәk üçün әrizә verәn vә işlәyәn hamilә işçi qәrara alır ki, natamam iş rejiminә keçsin, çünki sәhhәti ona bu rejimlә işlәmәyә imkan vermir. Bu halda hamilә işçi işәgötürәnin adına aşağıdakı mәzmunlu әrizә ilә müraciәt etmәlidir.

“Alov” MMC-nin direktoru Nәbili Nüsrәt Nadir oğluna
Kadrlarla iş şöbәsinin mütәxәssisi
Әzimova Zülfiyyә Qafur qızı tәrәfindәn

ӘRİZӘ

Xahiş edirәm, 12 sentyabr 2019-cu il tarixindәn başlayaraq mәni hamilәliyimin qalan müddәtindә (hamilәliyә vә doğuma görә mәzuniyyәtә çıxanadәk) 4 saatlıq natamam iş vaxtına (saat 10:00-dan 15:00-dәk, nahar fasilәsi 13:00-14:00) keçirәsiniz. Natamam iş vaxtı ilә işlәdiyim dövrdә әmәk haqqının işlәdiyim vaxta münasib ödәnilmәsinә razıyam. Hamilәliyimlә әlaqәdar aylıq hәkim müayinәsindәn keçmәk üçün hәr ayın sonuncu cümә günü mәnә zәruri şәrait yaratmağınızı xahiş edirәm.

Qoşma: Bakı şәhәri, 8 saylı Qadın Mәslәhәtxanasının arayışı, 1 vәrәq, 1 nüsxә. __________ Әzimova Z.Q.

11 sentyabr 2019-cu il

———————————————————————————

Blank “Alov” MMC

ӘMR №________

Beylәqan şәhәri 11 avqust 2019-cu il Hamilә işçinin öz xahişi ilә natamam iş vaxtına keçirilmәsi haqqında

Kadrlarla iş şöbәsinin mütәxәssisi Әzimova Zülfiyyә Qafur qızının 11 avqust 2019-cu il tarixli әrizәsinә әsasәn onunla imzalanmış 13 iyun 2016-cı il tarixli vә ___ №-li әmәk müqavilәsinә 2 №-li Әlavә razılaşmaya uyğun olaraq

ӘMR EDİRӘM:

1. Azәrbaycan Respublikasının Әmәk Mәcәllәsinin 245-ci maddәsinin tәlәblәrinә uyğun olaraq 12 avqust 2019-cu il tarixindәn başlayaraq Kadrlarla iş şöbәsinin mütәxәssisi Әzimova Zülfiyyә Qafur qızı hamilәliyinin qalan müddәtindә (hamilәliyә vә doğuma görә mәzuniyyәtә çıxanadәk) 4 saatlıq (saat 10:00-dan 15:00-dәk, nahar fasilәsi 13:00-14:00) natamam iş vaxtına keçirilsin.

2. Baş mühasib Sәlimova Sultanә Sahib qızı işçiyә işlәdiyi vaxta mütәnasib әmәk haqqı hesablanılıb ödәnilmәsini tәmin etsin.

3. İşçi hamilәliyә vә doğuma görә mәzuniyyәtә çxanadәk hamilәliklә bağlı aylıq müayinәdәn keçmәk üçün hәr ayın sonuncu cümә günü vәzifә funksiyalarının icrasından azad edilsin.

4. Әmrin icrasına nәzarәt Kadrlarla iş şöbәsinin müdiri Nağızadә Nazlı Hәsәnağa qızına tapşırılsın.

Direktor _______ Nәbili N.N.

Әmrlә tanış oldum:

__________ Sәlimova S.S.

11 avqust 2019-cu il

__________ Әzimova Z.Q.

11 avqust 2019-cu il

0 Komment

    Şərh yazın

    Xəbərlər