Altay Cəfərovun təqdimatında: İşçilərin ixtisarı zamanı işçilərin statusu necə nəzərə alınmalıdır?

Altay Cəfərovun təqdimatında: İşçilərin ixtisarı zamanı işçilərin statusu necə nəzərə alınmalıdır?

Sərbəst auditor Altay Cəfərovun müəllifi olduğu və satışı davam edən "Əmək Münasibətləri: A-dan Z-yə" (VII nəşr) kitabından seçmə

Bәs, istәnilәn işçi ixtisar oluna bilәrmi? Әmәk Mәcәllәsinin 78-ci maddәsindә (İşçilәrin ixtisarı zamanı işdә saxlanmağa üstünlüyü olan şәxslәr) yazılır:

1. Müvafiq hallarda işçilәrin sayı azaldılarkәn vә ya ştatların ixtisarı hәyata keçirilәrkәn müәyyәn vәzifәlәr üzrә әmәk funksiyasının icrası üçün tәlәb olunan ixtisasın (peşәnin) vә peşәkarlıq sәviyyәsinin daha yüksәyinә malik olan işçilәr işdә saxlanılır. İşçinin peşәkarlıq sәviyyәsini işәgötürәn müәyyәn edir.

2.İşәgötürәn ixtisasları (peşәlәri) vә ya peşәkarlıq sәviyyәlәri eyni olduqda aşağıdakı şәxslәrin işdә saxlanmasına üstünlük verir:

– Şәhid ailәsinin üzvlәri;
- Müharibә iştirakçıları;
– Әsgәr vә zabitlәrin arvadları (әrlәri);

– Öhdәsindә iki vә daha çox 16 yaşınadәk uşağı olanlar;
– Hәmin müәssisәdә әmәk şikәstliyi almış vә ya peşә xәstәliyinә tutulmuşlar;
– Mәcburi köçkün, onlara bәrabәr tutulan şәxs vә qaçqın statusu olan şәxslәr;
– Kollektiv müqavilәlәrdә vә ya әmәk müqavilәlәrindә nәzәrdә tutulan
digәr şәxslәr.
Tutaq ki, tәşkilatın metal emalı sahәsindә 3 nәfәr әridici işlәyir vә işәgötürәn qәrara alıb ki, onlardan 2-si ixtisar olunmalıdır. Burada artıq işәgötürәn hәmin 3 işçinin peşәkarlıq vә mәhsuldarlıq sәviyyәsini müәyyәnlәşdirmәklә ixtisar aparmalıdır. Peşәkarlığı müәyyәn etmәyin әn yaxşı variantlarından biri işçilәrin attestasiyasının keçirilmәsidir. Bundan әlavә, işçilәrin kadr sәnәdlәrinә nәzәr yetirmәklә bunu qismәn müәyyәnlәşdirmәk olar. Bir başqa yol. İşәgötürәn 3 işçiyә verdiyi eyni tapşırığın nәticәsi әsasında da onların peşәkarlığını müәyyәnlәşdirә bilәr. Tutaq ki, işçilәrin 3-ü dә eyni peşәkarlığa, eyni ixtisasa malikdir, bәs onda nә etmәli? Bu halda yuxarıda sadalanan hallar nәzәrә alınmaqla ixtisar aparıla bilәr.

"Əmək Münasibətləri: A-dan Z-yə" (VII nəşr) və "Kargüzarlıq: A-dan Z-yə" (II nəşr)  artıq SATIŞDA

Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.

1 Komment

  1. Yaşar 12 Noyabr 2019

    Salam,Altay müəllim.Çox istərdim ki sualımı cavablandırasınız. Əgər şöbədə vakant yer varsa,işçilərin ixisarı və ya ştatların ləğvini əsas gətirib mənim məsləhətçi vəzivəmi ləğv edib, özümü də ixtisar etməyə ixtiyarları varmı? ( mən dövlət qulluqçusuyam hal hazırda xəbərdarlıq müddətindəyəm) Əvvəlcədən minnətdarlığımı bildirirəm.

Şərh yazın

Xəbərlər