Möhürlə bağlı hansı məqamlara diqqət yetirmək lazımdır?

Möhürlə bağlı hansı məqamlara diqqət yetirmək lazımdır?

Qalib Toğrulun müəllifi olduğu, hazırda satışı davam edən “A-dan Z-yə Kargüzarlıq” kitabından növbəti seçmə

Kargüzarlıq, kadrlar işi vә mühasibat uçotu sahәsindә yetәrincә tәcrübәsi olanlar yaxşı xatırlayırlar ki, keçmiş SSRİ-dә “Kargüzarlığın aparılmasının vahid dövlәt sistemi” deyilәn bir iri hәcmli sәnәd vardı. Sәnәddә hazırda bu sahә ilә bağlı ayrı-ayrı standartlarda әks etdirilәn bütün mәsәlәlәr әhatә olunmuşdu.

Әslindә, hәmin sәnәdә nәzәr salsaq, görәrik ki, orda tәsbit olunan qaydalar, bәzi istisnaları çıxmaq şәrtilә, indi dә aktualdır, qüvvәdәn düşmәyib. Möhür sәnәdlәrin әslinә (sәnәdlәrin surәtinin tәsdiq edilmәsi mәsәlәsindәn müvafiq fәsildә әtraflı bәhs olunub) sәlahiyyәti çatan vәzifәli şәxs tәrәfindәn vurulur.
--------------------------------------------------------------------------------------

UNUTMAYIN:

1. Möhür, sәnәdin hәqiqiliyinin, onun hüquqi qüvvәsinin olmasının göstәricisidir;
2. Möhürlәr mәhdud sayda, ancaq xidmәti mәqsәdlә hazırlanır;
3. Möhür vәzifә adının vә şәxsi imzanın üstünü tutmamalıdır.
--------------------------------------------------------------------------------------
Ümumiyyәtlә, möhürün sәnәdin yazı olmayan açıq sahәsinә vurulması daha düzgündür. Ancaq tәcrübәdә bәzәn bu, mümkün olmur. O zaman möhür elә vurulmalıdır ki, vәzifә adı vә şәxsi imza aydın tanınsın. Maliyyә
sәnәdlәrindә möhür üçün “M.Y” yazılmış xüsusi yer olur ki, möhür ora vurulmalıdır.

"Əmək Münasibətləri: A-dan Z-yə" (VII nəşr) və "Kargüzarlıq: A-dan Z-yə" (II nəşr)  artıq SATIŞDA

Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.

 
 
 

0 Komment

    Şərh yazın

    Xəbərlər