Çərşənbə axşamı, 05 Noyabr 2019 05:16

Uşağın doğulmasına görə birdəfəlik müavinətin təqdim edilməsi zamanı niyə doğum haqqında arayışın əsli də tələb olunur?

"Vergi uçotu: A-dan Z-yə" kitabının müəllifi Anar Bayramovun yeni kitabı "Əməyin uçotu: A-dan Z-yə"dən seçmə

Təcrübədə rast gəlinən hallardan biri də odur ki, DSMF orqanları doğum haqqında arayışının əslinin tələb etməsidir. Digər müavinətlərin elektron formada təqdim edilməsi zamanı hər hansı sənədin əslinin tələb olunmadığı halda, doğum haqqında arayışın əsli tələb edilməsi maraqlı məqamdır. Fikrimizcə, bu sənədin əslinin tələb edilməsinin iki məqsədi var:

-          İşləməyən valideynin özü müraciət edərək DSMF-dən müavinəti almaq riskinin olması;

-          Hər iki valideyn işlədiyi halda digər valideynin həmin sənədi işəgötürənə təqdim etməklə müavinəti almaq riskinin olması.

Bu məsələdə son qeyd etmək istədiyimiz hal odur ki, əgər hər iki valideyn işləyirsə və ata ilk olaraq müavinətin almasına müraciət etməklə, sistemdə ana işlədiyi təsdiq edən hər hansı bildirişin olmaması səbəbindən, ananın müavinət almaq hüququ pozulur.

Qeyd edək ki, artıq DSMF tərəfindən valideynlərə ödənilən müavinətlərin tam olaraq avtomalaşdırılması ilə bağlı təqdimat keçirildi. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmilərinin bildirdiyinə görə yaxın zamanlarda işəgötürən təqdim etdiyi hesabat formaları üzrə məlumatların daxil edilməsi və qəbulu da tam avtomatlaşdırılacaq.

"Əmək Münasibətləri: A-dan Z-yə" (VII nəşr) və "Kargüzarlıq: A-dan Z-yə" (II nəşr)  artıq SATIŞDA

Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.

Şərh yazın