İşdən çıxma müavinəti necə hesablanmalıdır? (Misallarla izah)

İşdən çıxma müavinəti necə hesablanmalıdır? (Misallarla izah)

Sərbəst auditor Altay Cəfərovun müəllifi olduğu və satışı davam edən "Əmək Münasibətləri: A-dan Z-yə" (VII nəşr) kitabından seçmə

İndi isә daha bir vacib mәsәlә - orta aylıq әmәkhaqqının hesablanılması ilә bağlı nümunәlәrә baxaq. Tutaq ki, işçi 01.02.2018-ci il tarixdәn ixtisar nәticәsindә işdәn azad olunacaq vә yuxarıda sadaladığımız bütün rәsmi prosedurlar hәyata keçirilib. Bu zaman ona edilәcәk ödәnişlәr necә hesablanır? İşçiyә işdәnçıxarma müavinәti verilmәsi üçün әvvәlcә orta aylıq әmәkhaqqı müәyyәnlәşdirilmәlidir.

Әmәk Mәcәllәsinә әsasәn, işçinin әvvәlki 2 ayda aldığı әmәkhaqqılar cәmlәnir vә hәmin aylardakı iş günlәrinin sayına bölünür. Alınan rәqәm әmәkhaqqı saxlanılan iş günlәrinin sayına vurulur. Nәzәrә alsaq ki, dekabr 2017-ci ildә işçinin aldığı әmәkhaqqı 200 manat, iş günlәrinin sayı 20 gündür, yanvar 2018-ci ildәki әmәkhaqqı 220 manat, iş günlәrinin sayı isә 21 gündür, onda işçinin birgünlük orta әmәkhaqqı 10,24 manat ((200 + 220) / (20+ 21)) olacaq. Tәşkilatda normal halda aylıq iş günlәrinin sayının 22-yә bәrabәr olduğunu nәzәrә alsaq, onda işçinin bir aylıq orta әmәkhaqqı 225,28 manat (10,24 x 22 iş günü) olmalıdır. Bir mәqamı da qeyd edәk ki, burada söhbәt müavinәtdәn vә orta aylıq әmәkhaqqının mislindәn getdiyindәn, onları hesablayan zaman konkret hansı ayların iş günlәrinin әsas götürülmәsi göstәrilmir. Ona görә dә işçini işdәn azad edәn zaman Әmәk Mәcәllәsinin 77-ci maddәsindә nәzәrdә tutulan ödәnişlәri hesablamaq üçün әsasәn әvvәlki 2 aylıq әmәkhaqqı cәmlәnir vә 2 aya bölünür. Bu halda işçiyә 210 manat ((200+ 220)/ 2 = 210) müavinәt ödәnilmәlidir. Hәr iki variantı oxuculara tәqdim etmәkdә mәqsәdimiz odur ki, qanunvericilikdә belә bir boşluğun olduğunu bilsinlәr. Bizcә, sonuncu variantdan istifadә edilsә, daha yaxşı olar. Hesabladığımız 210 manatlıq orta әmәkhaqqına әsasәn müavinәtlәr aşağıdakı kimi olacaq:

• bir ilәdәk әmәk stajı olduqda — orta aylıq әmәkhaqqı miqdarında - 210 x 1misli =210,00 manat

• bir ildәn beş ilәdәk әmәk stajı olduqda — orta aylıq әmәkhaqqının azı 1,4 misli miqdarında – 210 x 1,4 = 294,00 manat

• beş ildәn on ilәdәk әmәk stajı olduqda — orta aylıq әmәkhaqqının azı 1,7 misli miqdarında – 210 x 1,7 = 357,00 manat

• on ildәn çox әmәk stajı olduqda — orta aylıq әmәkhaqqının azı iki misli miqdarında – 210 x 2 = 420,00 manat

"Əmək Münasibətləri: A-dan Z-yə" (VII nəşr) və "Kargüzarlıq: A-dan Z-yə" (II nəşr)  artıq SATIŞDA

Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.

0 Komment

    Şərh yazın

    Xəbərlər