Cümə axşamı, 31 Oktyabr 2019 07:52

Ezamiyyənin təxirə salınması necə rəsmiləşdirilməlidir? (Nümünəvi forma)

Qalib Toğrulun müəllifi olduğu və satışı davam edən "Kargüzarlıq: A-dan Z-yə" kitabından seçmə

Bәzәn tәcrübәdә planlaşdırılan xidmәti ezamiyyәtlәrin müxtәlif sәbәblәrdәn baş tutmaması hallarına da rast gәlinir. Bu halda hansı rәsmilәşdirmәlәrin aparılması da maraqlı mәsәlәlәrdәndir. Әvvәlcә baxaq, hansı sәbәblәrdәn xidmәti ezamiyyәtlәr baş tutmaya bilәr. Belә hallar çoxdur, biz tәcrübәdә әn çox rast gәlinәn halları qeyd edәcәyik:

İşçinin әmәk qabiliyyәtini müvәqqәti itirmәsi;
  • Sәfәrin aktuallığını itirmәsi;
  • Fors-major hallar, daşqın, sel, hava şәraitinin kәskin pislәşmәsi vә sair;
  • Xidmәti tapşırıqla bağlı qarşı tәrәfin öz öhdәliklәrini icra etmәmәsi (bu barәdә nümunә tәqdim edәcәyik);
  • İşçinin ailә-mәişәt vәziyyәti və s.

  • Əmrin nümünəvi forması

    Blank “Alov” MMC

    ӘMR №________

     Bakı şәhәri ____ _______________ 2019-cu il

    İşçinin xidmәti ezamiyyәtә göndәrilmәsinin tәxirә salınması barәdә

    Almaniyanın “Elma” şirkәtinin müqavilә öhdәliklәrinә әmәl etmәmәsi barәdә “Alov” MMC-nin Texniki şöbәsinin müdiri Әlimәrdanov Manaf Mәdәt oğlunun 9 avqust 2019-cu il tarixli xidmәti yazısını nәzәrә alaraq

    ӘMR EDİRӘM:

    1. “Alov” MMC-nin Texniki şöbәsinin mühәndisi Abramov Qiyas Yaşar oğlunun 10 avqust 2019-cu il tarixindәn 16 avqust 2019-cu il tarixinә kimi, 7 gün müddәtindә Lәnkәran şәhәrinә ezam olunması barәdә 6 avqust 2019- cu il tarixli, ____ №-li әmr lәğv olunsun.

    2. Kadrlarla iş şöbәsinin müdiri Ağazadә Nazlı Hәsәnağa qızı ___№-li Ezamiyyә vәsiqәsinin lәğv olunması vә Ezamiyyәtlәrin uçotu kitabında müvafiq düzәliş aparılmasını tәmin etsin.

    3. Baş mühasib Sәlimova Sultanә Sabir qızı işçiyә ödәnilmiş avans pulunun 3 (üç) gündәn gec olmayaraq kassaya qaytarılmasını icra etsin.

    4.Әmrin icrasına nәzarәt baş mühasib Sәlimova Sultanә Sabir qızına hәvalә olunsun.

    Direktor ________ Nәbili N.N.

    Әmrlә tanış oldum:

    Baş mühasib ___________Sәlimova S.S.

    Tarix: _____ _______

     ________________Abramov Q.Y.

     Tarix: _____ _____________

    "Əmək Münasibətləri: A-dan Z-yə" (VII nəşr) və "A-dan Z-yə Kargüzarlıq" (II nəşr)  artıq SATIŞDA

    Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 və ya Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

    İstənilən ünvana çatdırılma ÖDƏNİŞSİZ həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək məqsədilə poçt xərcini təşkilatımız ödəyir.

    Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (ödənişi hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından həyata keçirməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.

     
     
     

    Şərh yazın