Əlavə iş yerində məzuniyyətə görə staj necə müəyyən edilməlidir?

Əlavə iş yerində məzuniyyətə görə staj necə müəyyən edilməlidir?

Sərbəst auditor Altay Cəfərovun müəllifi olduğu və satışı davam edən "Əmək Münasibətləri: A-dan Z-yə" (VII nəşr) kitabından seçmə

Әmәk Mәcәllәsindә әvvәllәr әmәk stajına görә әlavәlәr işçinin bir müәssisәdә çalşdığı illәrә görә edilirdi. Mәsәlәn, işçi bir müәssisәdә 5 il işlәmәliydi ki, ona 2 gün әlavә mәzuniyyәt verilә bilsin. Tәbii ki, bu, düzgün addım deyildi. Bir neçә il әvvәl Mәcәllәdә dәyişiklik olundu. Artıq әmәk stajına görә әlavә mәzuniyyәtin müddәti işçinin, ümumiyyәtlә işәgötürәnlә әmәk müqavilәsi bağlayıb faktiki işlәdiyi dövrә әsasәn müәyyәn edilir.

Әmәk stajını işçinin әmәk kitabçasına әsasәn müәyyәnlәşdirmәk olar. Burada çox maraqlı bir sual yaranır. Әmәk stajını hansı sәnәd әsasında müәyyәnlәşdirmәk daha doğru olardı.
Tәcrübәdә әmәk stajı әsasәn әmәk kitabçasına görә müәyyәnlәşdirilir. Bәzi hallarda isә iş yerlәrindәn arayış almaqla bunu etmәk olar.
Bәs, onda әvәzçiliklә çalışanların (әlavә) iş yerlәrindә әmәk stajını necә müәyyәnlәşdirmәk olar? Axı, әmәk kitabçası әsas iş yerindә saxlanılır. Bu zaman işçi әmәk kitabçasının surәtini çıxarıb әlavә iş yerinә tәqdim edә bilәr. Әlavә iş yerindә bunu sәnәd kimi qәbul etmәsәlәr, onda işçi әmәk kitabçasının surәtini notarial qaydada tәsdiq etdirib әlavә iş yerinә vermәlidir. Artıq әlavә iş yerindә bu sәnәdi qәbul etmәyә bilmәzlәr.

"Əmək Münasibətləri: A-dan Z-yə" (VII nəşr) və "Kargüzarlıq: A-dan Z-yə" (II nəşr)  artıq SATIŞDA

Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər