Çərşənbə, 16 Oktyabr 2019 06:04

Hamilə qadının iş saatının azadılması necə rəsmiləşdirilməlidir? (Nümünəvi forma)

Qalib Toğrulun müəllifi olduğu və satışı davam edən "Kargüzarlıq: A-dan Z-yə" kitabından seçmə

Bir mühüm mәsәlәni dә qeyd edәk ki, hamilә işçi qısaldılmış iş vaxtı hüququndan istifadә etmәk üçün sәhhәtinin hәftәdә 40 saat işlәmәyә müsaid olmadığını sübut etmәli deyil, o, sadәcә hamilә olduğu faktını tәsdiq
edәn sәnәdi işәgötürәnә vermәlidir. Çünki bütün hallarda hamilәlik orqanizm üçün әlavә yükdür, buna görә dә işdәn ayrılmağı nәzәrdә tutan istәnilәn istirahәt forması gәlәcәk ananın sağlamlığına müsbәt tәsir göstәrir.

Digәr bir vacib mәsәlә ondan ibarәtdir ki, Әmәk Mәcәllәsinin tәlәblәri tәşkilati vә hüquqi formasından asılı olmayaraq bütün işәgötürәnlәrә şamil olunduğundan özәl qurumlar da dövlәt tәşkilatları kimi hamilә işçinin iş
vaxtının qısaldılması xahişinә müsbәt yanaşmalıdırlar.
Hamilә qadınlar üçün iş vaxtının qısaldılması zamanı aşağıdakı 3 variantdan biri seçilir:
- İş hәftәsini olduğu kimi saxlamaqla, iş günü qısaldılır;
- İş vaxtı olduğu kimi saxlanılmaqla, iş günlәrinin sayı ixtisar edilir;
- Hәm iş hәftәsi, hәm dә iş günü qısaldılır.
Qanunvericilikdә hamilә işçinin iş vaxtının qısaldılması ilә bağlı konkret mexanizm müәyyәnlәşdirilmәyib. Bu mәsәlә, o cümlәdәn konkret iş rejimi işçi ilә işәgötürәnin qarşılıqlı razılığı әsasında müәyyәn olunur. Praktikada,
adәtәn hamilә işçilәrin iş günü ya 1 saat qısaldır, ya da iş günlәrindәn biri әlavә istirahәt günü kimi tәqdim olunur.
İşçi qısaldılmış iş gününә hüququnu tәsdiq etmәk üçün qeydiyyatda olduğu qadın mәslәhәtxanasından (poliklinikadan) hamilә olduğu barәdә arayış almalıdır. Bundan sonra işәgötürәnin adına müvafiq әrizә yazıb,
arayışla birlikdә kadrlarla iş şöbәsinә tәqdim etmәlidir.

Blank “Alov” MMC
ӘMR
№________

Beylәqan şәhәri 11 avqust 2019-cu il

Hamilә işçiyә qısaldılmış iş vaxtının müәyyәn edilmәsi haqqında

Kadrlarla iş şöbәsinin mütәxәssisi Әzimova Zülfiyyә Qafur qızının 11 avqust 2019-cu il tarixli әrizәsinә әsasәn onunla imzalanmış 13 iyun 2016-cı il tarixli vә ___ №-li әmәk müqavilәsinә 1 №-li Әlavә razılaşmaya uyğun olaraq

ӘMR EDİRӘM:

1. Azәrbaycan Respublikasının Әmәk Mәcәllәsinin 91-ci maddәsinin tәlәblәrinә uyğun olaraq 12 avqust 2019-cu il tarixindәn başlayaraq Kadrlarla iş şöbәsinin mütәxәssisi Әzimova Zülfiyyә Qafur qızının hamilәliyi müddәtindә (hamilәliyә vә doğuma görә mәzuniyyәtә çıxanadәk) ona beş günlük iş hәftәsi üzrә saat 10:00-dan 18:00-dәk qısaldılmış gündәlik iş vaxtı tәyin edilsin.
2. Baş mühasib Sәlimova Sultanә Sahib qızı işçiyә normal iş vaxtı üçün müәyyәn olunan әmәk haqqının tam mәblәğdә ödәnilmәsini tәmin etsin.
3. Әmrin icrasına nәzarәt Kadrlarla iş şöbәsinin müdiri Nağızadә Nazlı Hәsәnağa qızına hәvalә olunsun.

Direktor _______ Nәbili N.N.

Әmrlә tanış oldum:
__________ Sәlimova S.S.
11 avqust 2019-cu il

__________ Әzimova Z.Q.
11 avqust 2019-cu il

"Əmək Münasibətləri: A-dan Z-yə" (VII nəşr) və "Kargüzarlıq: A-dan Z-yə" (II nəşr)  artıq SATIŞDA

Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.

Şərh yazın