Çərşənbə axşamı, 15 Oktyabr 2019 05:25

İşçi xəstəlik kağızı təqdim edib, işə gəlməyib istirahətə gedə bilər?

"Vergi uçotu: A-dan Z-yə" kitabının müəllifi Anar Bayramovun yeni kitabı "Əməyin uçotu: A-dan Z-yə" kitabından seçmə

Təcrübədə rast gəldiyimiz hallardan biri də sağlam şəxsin xəstəlik kağızı təqdim etməklə işə gəlməyərək istirahət etməsidir. Maraqlıdır ki, bu cür əmək mübahisələri bəzən məhkəməyə qədər uzanib. “A” MMC-nin (ad şərtdir) işçisi məzuniyyət hüququndan istifadə etmək istəsə də, rəhbərlik yay aylarında məzuniyyət verməkdən imtina edib. İşçi əmək qabiliyyətinin itirilməsi haqqında xəstəlik vərəqəsi təqdim edərək işə çıxmayıb. Sonradan işçinin sosial şəbəkələrindəki statusundan müəyyən edilib ki, işçi Türkiyənin məşhur istirahət mərkəzlərinin birində istirahət edir.

İşəgötürən  işçinin təqdim etdiyi xəstəlik vərəqəsinin ləğv ediməsi bağlı məhkəməyə müraciət edib. Məhkəmə işçinin xəstəlik vərəqəsinin qaydalara uyğun olmasını əsas tutaraq, işəgötürənin iddiasını təmin etməyib. Əsasnamədə qeyd edilib ki, işdən və ya başqa vəzifədən boyun qaçırmaq məqsədi ilə işçi qəsdən öz sağlamlığına zərər vurduqda və yaxud özünü yalandan xəstə kimi qələmə verdiiyi halda əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət verilmir. Amma işəgötürən sübut etməlidir ki, işçi doğrudan da öz sağlamlığına zərər vurub və ya özünün yalandan xəstə kimi qələmə verib. Təcrübədə baş vermiş bu hadisəni misal göstərməkdə məqsədimiz odur ki,  əmək qabiliyyətini itirilməsi əsas sənəd kimi xəstəlik vərəqəsi hesab edilir.

"Əmək Münasibətləri: A-dan Z-yə" (VII nəşr) və "Kargüzarlıq: A-dan Z-yə" (II nəşr)  artıq SATIŞDA

Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.

 
 
 

Şərh yazın