Cümə axşamı, 10 Oktyabr 2019 05:30

İşçi əmək qabiliyyətini itirməsi haqqında öncədən işəgötürəni məlumatlandırmalıdır? (RƏSMİ CAVAB)

"Vergi uçotu: A-dan Z-yə" kitabının müəllifi Anar Bayramovun yeni kitabı "Əməyin uçotu: A-dan Z-yə" kitabından seçmə

İşəgötürənlərin ən ciddi problemi əmək qabiliyyətini başlanma tarixinin tənzimlənməsidir. İstər Əmək Məcəlləsi istərsə də qaydalarda işçinin əmək qabiliyyətinin itirməsi haqqında işəgötürəni məlumatlandırması haqqında hər hansı qeyd yoxdur.

Misal üçün, “A” MMC-nin xəzinədarı işə vaxtında gəlmir və zəng edərək bildirir ki, əmək qabiliyyətini itirdiyinə işə çıxa bilməyəcək. Tam sağaldıqdan sonra da işə çıxmaması haqqında xəstəlik vərəqəsini işəgötürənə təqdim edəcək. Təbiii ki, bu cür hallarda  artıq işəgötürən iş planlaşmasında müəyyən problemlər yaşanır.

Mks.az saytı olaraq bu məsələ ilə bağlı da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə rəsmi müraciət etdik: “Əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq, işçi əmək qabiliyyətini müvəqqəti itirməsi halında işə gəlməmək hüququndan istifadə edir. Adətən işçinin əmək qabiliyyətini itirməsi onun sağaldıqdan sonra təqdim etdiyi sənəd əsasında  müəyyən olunur. İşəgötürən işçidən əmək qabiliyyətini itirməsi ilə bağlı sənədi öncədən tələb etmək hüququna malikdir, yoxsa işçi tam sağaldıqdan sonra sənədi təqdim etməlidir?

ƏƏSMN yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi müavininin imzaldığı  23 avqust 2019-cu il tarixli məktubdla suala belə cavab verilib: İşçinin əmək qabiliyyətini itirməsi ilə bağlı sənədi hansı müddət ərzində təqdim edilməsi əmək qanunvericiliyində nəzərdə tutulmamışdır.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 yanvar 1993-cü il tarixli 9 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sosial sığorta haqları ödəyən vətəndaşlara xəstəlik vərəqələrinin verilməsi qaydası haqqında Təlimat”ın 33-cü və 34-cü hissələrinə əsasən Xəstəlik vərəqələri stasionar müalicəsindən başqa əmək qabiliyyətinin itirilməsi təyin olunduğu gündən verilir.Əmək qabiliyyətinin itirilməsi, növbəti əmək haqqı verildiyi vaxtdan davam edərsə, bu halda müalicə həkimi sığorta edilmiş şəxsə xəstəlik vərəqəsinin “davamını” verir.Birinci xəstəlik vərəqəsində isə “işə başlamalı” qrafasında xəstəlik vərəqəsinin “davamını” verməsi haqqında qeyd edir.”

Cavabdan göründüyü kimi, işçi xəstəlik kağızını hansı müddətdə təqdim etməsi haqqında hər hansı konkretlik yoxdur. Təcrübədə işçi əmək qabiliyyətini itirməsi haqqında öncədən şifahi məlumat verirlər və sağaldıqdan sonra xəstəlik vərəqəsini işəgötürənə təqdim edir. İşəgötürən də həmin xəstəlik vərəqəsi üzrə hesablamaları həyata keçirir.

"Əmək Münasibətləri: A-dan Z-yə" (VII nəşr) və "Kargüzarlıq: A-dan Z-yə" (II nəşr)  artıq SATIŞDA

Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.

Şərh yazın