Səhifəni çap et
Çərşənbə, 09 Oktyabr 2019 06:55

İşəgötürən hansı qeydiyyat kitablarının məcburi və könüllü tərtib etməlidir? (SİYAHI)

Qalib Toğrulun müəllifi olduğu və satışı davam edən "Kargüzarlıq: A-dan Z-yə" kitabından seçmə

Kadrlarla iş zamanı әn çox istifadә olunan qeydiyyat kitablarının siyahısını növbәti sәhifәlәrdә tәqdim edirik. Bir mәsәlәni nәzәrә alın ki, siyahı tam deyil, bunu nәzәrә almağınızı xahiş edirik. Bölmәnin sonuna doğru kadrlarla iş sahәsindә daha çox rast gәlinәn qeydiyyat kitablarının nümunәvi formaları tәqdim olunub. Siz onlardan uyğun gәlәnini öz işgüzar fәaliyyәtinizdә istifadә edә bilәrsiniz.

- Әmәk müqavilәlәri vә ona edilәn әlavәlәrin qeydiyyat kitabı;
- İşçi heyәti üzrә bütün növ әmrlәrin qeydiyyat kitabı;
- Qәrarların qeydiyyat kitabı;
- Aktların qeydiyyat kitabı;
- Ezamiyyәyә gedәnlәr vә ezamiyyәyә gәlәnlәrin qeydiyyat kitabı;
- İşçilәrә edilәn xәbәrdarlıq vә bildirişlәrin (xüsusilә, әmәk müqavilәsi şәrtlәrinin dәyişmәsi ilә bağlı olanlar) qeydiyyat kitabı;
- İşçilәrin şәxsi işlәrinin qeydiyyatı kitabı;
- Әmәk kitabçalarının (әlavә içliklәrin) hәrәkәtinin uçotu kitabı;
- Әmәk kitabçalarının (әlavә içliklәrin) mәdaxil-mәxaric kitabı;
- İşçilәrin әmәyin mühafizәsi ilә bağlı tәlimatlandırılması kitabı;
- İşçilәrә verilәn arayışların qeydiyyatı kitabı (İşçinin iş stajı, vәzifәsi, işlәdiyi müddәt vә sair).

Bәzi qeydiyyat kitablarının aparılması qanunvericiliklә işәgötürәnin üzәrinә vәzifә kimi qoyulub. Mәsәlәn, Әmәk kitabçalarının (әlavә içliklәrin) hәrәkәtinin uçotu kitabı, Әmәk kitabçalarının (әlavә içliklәrin) mәdaxil-mәxaric kitabı, Әmәk müqavilәlәri vә ona edilәn әlavәlәrin qeydiyyatı kitabı, Әmrlәrin qeydiyyatı kitabı, Qәrarların qeydiyyatı kitabı vә sair. Bu qeydiyyat kitablarından bәzilәrinin xüsusi forması qanunvericiliklә tәsdiq olunsa da (mәsәlәn, әmlәrin, qәrarların, daxil olan mәktubların qeydiyyatı kitabları vә sair), bәzilәrinin formasını tәrtib etmәkdә (mәsәlәn, әmәk kitabçalarının (әlavә içliklәrin) hәrәkәtinin, onların mәdaxil-mәxaricinin uçotu kitabları, әmәyin mühafizәsi ilә bağlı tәlimatlandırma kitabı vә sair) işәgötürәn sәrbәstdir.

Әksәr qeydiyyat kitablarının aparılması ilә bağlı işәgötürәnin xüsusi öhdәliyi olmasa da, sәnәd dövriyyәsinin, arxivlәşdirmәnin vә onların mühafizәsinin düzgün tәşkili mәqsәdi ilә belә qeydiyyat sistemindәn istifadә olunması mәslәhәtdir. Könüllü qeydiyyat kitablarına arayışların, hәvәslәndirmәnin, intizam tәnbehinin, sәnәdlәrin surәtlәrinin (çıxarışlarının) verilmәsinin, kadrlarla iş şöbәsi tәrәfindәn tәrtib olunan aktların, xәstәlik vәrәqәlәrinin, tam maddi mәsuliyyәt haqqında müqavilәlәrin qeydiyyatı kitabları daxildir. Bu siyahını kifayәt qәdәr uzatmaq olar.

"Əmək Münasibətləri: A-dan Z-yə" (VII nəşr) və "Kargüzarlıq: A-dan Z-yə" (II nəşr)  artıq SATIŞDA

Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.