Çərşənbə, 09 Oktyabr 2019 05:30

Əmək qabiliyyətinin itirilməsi halında müavinət bağlı müddət məsələsinin izahı (5 MISALLA)

"Vergi uçotu: A-dan Z-yə" kitabının müəllifi Anar Bayramovun yeni kitabı "Əməyin uçotu: A-dan Z-yə" kitabından seçmə

İndi isə əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə bağlı hesablamalar haqqında məlumat verək. Əsasnaməyə əsasən, əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ilk 14 təqvim günü üçün müavinət sığortaedənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir. Müddət məsələsini misallarla izah edək:

Misal 1: İşçi 01 oktyabr 2019-cu il tarixdən 30 oktyabr 2019-cu il tarixə kimi əmək qabiliyyətini müvəqqəti itirib. Bu zaman ilk 14 gün üçün  yəni 01-14 oktyabr 2019-cu il tarixlərə düşəcək iş günlərinə görə müavinətin hesablanması işəgötürən tərəfindən həyata keçiriləcək.  İşçinin 15 -30 oktyabr tarixinə düşən iş günlərinə görə müavinət isə DSMF tərəfindən ödəniləcək.

Misal 2. İşçi 10 oktyabr 2019-cu il tarixdə sənəd təqdim edir ki, 20 oktyabr 2019-cu il tarixə kimi əmək qabiliyyətini itirib. Bu zaman işçiyə əmək qabiliyyətini itirməsinə görə ödəniş yalnız işəgötürən tərəfindən ödəniləcək. Çünki işçinin əməlk qabiliyyəti itirilməsi müddəti 14 gündən azdır.

Misal 3.  İşçi 15 oktyabr 2019-cu il tarixdə xəstəlik vərəqəsini təqdim edir ki, 05 noyabr 2019-cu ilə qədər əmək qabiliyyətini itirəəcək. 06 noyabr 2019-cu il tarixdə işə başlasa da, 07 noyabr 2019-cu il tarixdə yenidən əmək qabiliyyətini 20 günlük itirməsi haqqında sənəd təqdim edir. Bu zaman xəstəlik vərəqəsində fasilə olduğu üçün, birinci və ikinci xəstəlik vərəqəsinə görə  ilk 14 günə düşən iş günlərinə görə müavinət işəgötürən tərəfindən ödənilir.

Misal 4.   İşçi 01 noyabr 2019-cu il tarixdə 20 günlük əmək qabiliyyəti itirməsi haqqında sənəd təqdim etsə də, sonra yenidən 30 günlük əmək qabiliyyətinin itirməsi haqqında sənəd təqdim edir. Əmək qabiliyyətinin müvəqqəti itirilməsi xəstəlik vərəqələrinə görə fasiləsiz olaraq ardıcıl davam etdiyi üçün , əmək qabiliyyətinin müvəqqəti itirilməsinin yalnız ilk 14 təqvim günü üçün sığortaedənin vəsaiti hesabına ödənilir. Qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları DSMF  hesabına ödənilir.

Misal 5. İşçi xəstəlik müddəti 6 aylıq müddəti əhatə edirsə, həmin müddətdən sonra xəstəlik vərəqəsi ödənilməmişdən öncə, tibbi sosial ekspert komissiyasına göndərilməlidir. Kitabın üzərindəki CD-diskdə yerləşdirilən Nazirlər Kabinetinin 8 yanvar 1993-cü il tarixli, 9 saylı  “Xəstəlik vərəqələrinin verilməsi və müalicə-sağlamlıq məqsədlərinə ödənişlərin təyin edilməsi və verilməsi qaydalarının təsdiqi haqqında” qərarda qeyd edilir ki,  uzun müddət xəstə olanlar əmək qabiliyyəti itirildiyi gündən başlayıb, xəstələnmə müddəti son 12 ay ərzində ümumiyyətlə, yaxud ardıcıl (eyni xəstəlik üzrə) 6 aydan çox olduqda, yoxlanmaq üçün tibbi sosial ekspert komissiyasına göndərilir.  Tibbi-sosial ekspert komissiyasının rəyinə görə xəstəni əlil və ya sağlamlıq imkanları məhdudluğunun hesab etmək üçün əsas yoxdursa və onun əmək qabiliyyətinin itirilməsi davam edirsə, bu halda xəstəlik vərəqəsi bu təlimatla müəyyən edilmiş qaydada uzadılmalıdır.

"Əmək Münasibətləri: A-dan Z-yə" (VII nəşr) və "Kargüzarlıq: A-dan Z-yə" (II nəşr)  artıq SATIŞDA

Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.

 
 
 

 

Şərh yazın