Səhifəni çap et
Çərşənbə axşamı, 08 Oktyabr 2019 07:39

İşçi 12 ay işləmədiyi halda müavinət necə hesablanmalıdır? (Misalla izah)

Sərbəst auditor Altay Cəfərovun müəllifi olduğu və satışı davam edən "Əmək Münasibətləri: A-dan Z-yə" kitabından seçmə

Praktikada az rast gəlinən məsələlərdən biri də son 12 ay ərzində faktiki işləməyən işçinin müavinətinin hesablanması qaydasıdır. Sığortaolunanın əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 12 tam təqvim ayında əmək fəaliyyəti olmasa, onda bir iş gününə düşən orta gündəlik qazancın hesablanması işçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi dövrdə qanunvericiliklə müəyyən edilmiş minimum aylıq əməkhaqqının qüvvədə olan məbləğinin əmək qabiliyyətini müvəqqəti itirdiyi aydakı iş günlərinin sayına bölünməsi ilə tapılır.

Əgər qazancın hesablandığı müddətdə işçi bütün iş günlərini işləməyibsə, bu zaman müavinətin orta aylıq məbləği işçinin hər ayda işlədiyi günlərin sayına mütənasib olaraq müəyyən edilir.

Misal. Tutaq ki, “AA” MMC-nin işçisi 02-20 sentyabrda əmək qabiliyyətini müvəqqəti itirib. İşçinin hər hansı səbəbdən sentyabr 2018-avqust 2019-cu il tarixində əmək fəaliyyəti olmayıb. Nəzərə alaq ki, “AA” MMC 5 günlük iş rejimində fəaliyyət göstərir. Amma işçinin  faktiki 6 aydan çox sosial sığorta stajı var. Belə olan halda müavinət aşağıdakı kimi hesablanacaq.

01.09.2019-cu ildən minimum aylıq əmək haqqı 250 manatdır. Sentyabr 2019-cu ildə 21 iş günü var. Odur ki, müavinət üçün gündəlik qazanc 250 manat / 21 iş günü  = 11,90 manatdır. İndi isə 02-20 sentyabr tarixlərində neçə iş gününün olmasına baxaq. Bu aralıqda 15 iş günü var. İşçiyə hesablanılmış əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin məbləği 15 gün x 11,90 manat  = 178,50 manat olacaq.

"Əmək Münasibətləri: A-dan Z-yə" (VII nəşr) və "Kargüzarlıq: A-dan Z-yə" (II nəşr)  artıq SATIŞDA

Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.