Emin Səttarovdan əmək məzuniyyətin əmsallaşdırılmasına fərqli yanaşma

Emin Səttarovdan əmək məzuniyyətin əmsallaşdırılmasına fərqli yanaşma

Vergi məsələləri üzrə ekspert Emin Səttarov işçinin məzuniyyət çıxdığı ayda kütləvi artım olduğu halda əmsallaşdırmanının məzuniyyət məbləğinə tətbiq olunub-olunmamasına aydınlıq gətirib: " Fərz edək ki, işçi sentyabr ayında əmək məzuniyyətinə çıxır. Əvvəlki 12 aya görə əmək haqqısı 1200.00 manat olan vəzifə maaşından ibarət olub və məzuniyyət pulu həmin məbləğə əsasən Əmək Məcəlləsinin 140-cı maddəsinin 3-cü bəndinə görə hesablanıb və ödənilib. Amma təsadüfdən işçi məzuniyyətdə olan zaman müəssisənin ştat cədvəlindəki bütün tarif maaşlarına sentyabr ayından başlmaqla 20% artım oldu. Bu zaman işçinin məzuniyyət məbləği əmsallaşdırılıb aradakı fərq ödənilməlidirmi?

Zənnimcə BƏLİ.

İzahı: Əmək Məcəlləsinin 140-cı maddəsinə əsasən məzuniyyətin təqvim günlərinə görə verilən məbləğ əmək haqqı hesab olunduğundan və işçi məzuniyyətdə olsa belə, yəni fizki olaraq işdə olmasa da işdə olmuş kimi hesab olunur və ona həmin ayın əmək haqqısı ortalama məbləğdən hesablanaraq ödənilməlidir. Əmək Məcəlləsinin 140.7-ci maddəsinə əsasən məzuniyyətin pulu əmsallaşdırılması qeyd olunub.

Əmsallaşdırmanın mahiyyəti – Qanuna görə işçi əmək məzuniyyətinə çıxarkən düşünməməlidiri ki, əvvəlki 12 ayınım hər hansı bir və (və ya) bir necə ayında vəzifə maaşı az olub. Qanun işçini əmin etmək istəyir ki, sən məzuniyyətdə olan zaman belə cari ayın əmək haqqısını əvvəlki aylara uyğun olaraq əmsallaşdırma nəzərə almaqla ortalama əldə edəcəksən. Bu halı daha rahat başa düşməyimiz üçün 12 ay ərzində bir necə artım olduğu zaman artım olan məbləğləri sonuncu artıma uyğunlaşdırmağımızın da səbəbi budur.

Fərz edək işçi sentyabr yox oktyabr ayında əmək məzuniyyəti götürsə idi bu zaman 1 aya görə 11 aya əmsallaşdırma tətbiq olunacaqsa amma sentyabr ayında çıxmısansa məzuniyyətə tətbiq olunmayacaq. Bu zaman bu maddə mənim üçün ədalətli deyil. Maddəyə hərfi mənada fikir versək əmsallaşdırma olmamalıdır. Əmsallaşdırmanın mahiyyəti isə mənə bu qaydanın tətbiqinə icazə verir.

Nəticə: İşçi məzuniyyətdə olsa belə işçinin məbləği əmsallaşdırılıb aradakı fərq ödənilməlidir."

Mks.az saytının mövqeyi: Hörmətli Emin Səttarovun əsaslandırmasını qəbul edirik. Amma  qeyd etmək istəyirik ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən aldığımız məlumata əsasən əvvəlki 12 ayın əmək haqqısını əmsallaşdırmasına icazə verilmir. Bu məsələ ilə bağlı geniş məlumatı "Əməyin uçotu: A-dan Z-yə" kitabında dərc etmişik.

 "Əmək Münasibətləri: A-dan Z-yə" (VII nəşr) və "Kargüzarlıq: A-dan Z-yə" (II nəşr)  artıq SATIŞDA

Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.

 
 
 
 

0 Komment

    Şərh yazın

    Xəbərlər