Ştat cədvəli haqqında bilməli olduğumuz VACİB MƏQAMLAR

Ştat cədvəli haqqında bilməli olduğumuz VACİB MƏQAMLAR

Qalib Toğrulun müəllifi olduğu və satışı davam edən "Kargüzarlıq: A-dan Z-yə" kitabından seçmə

Ştat cәdvәli özündә müәssisәnin strukturu, kadr tәrkibi vә işçilәrin vәzifә maaşları barәdә informasiyanı әks etdirәn sәnәddir. Ştat cәdvәli bütün dövlәt vә kommersiya müәssisәlәri üçün vacib bir sәnәd olsa da, Azәrbaycan Respublikasının Әmәk Mәcәllәsindә “ştat cәdvәli” anlayışı yoxdur. Ştat cәdvәlinin tәrtibi qanunvericilikdә nәzәrdә tutulmadığından onun tәrtibi proseduru ilә bağlı hәr hansı tәlәb dә yoxdur, bu proses işәgötürәnin mülahizәsinә әsasәn aparılır.

Adәtәn, bu mәsәlә ilә birbaşa işәgötürәn özü mәşğul olur. Ştat cәdvәlinin hazırlanması ilә bağlı ayrıca әmr verilmәsi vә bu mәsәlә ilә bağlı (ştat cәdvәlinin tәrtibi, tәsdiqi vә ona dәyişikliklәr edilmәsi) sәlahiyyәtli şәxsin müәyyәnlәşdirilmәsi mümkündür. Bәzәn dә bu funksiya işçinin әmәk müqavilәsinin “Әmәk funksiyaları” hissәsindә әks etdirilir. Bir qayda olaraq kiçik tәşkilatlarda ya ştat cәdvәlindәn istifadә edilmir, ya da onun tәrtibi ilә kadrlarla iş şöbәsi vә ya mühasibatlıq mәşğul olur. Böyük müәssisәlәrdә bu işi planlaşdırma ilә mәşğul olan şöbә vә ya әmәk haqqı şöbәsi dә hәyata keçirir.

“Ştat cәdvәli nә üçün vacibdir” sualına belә cavab vermәk olar ki, tәşkilatda vahid bir sәnәddә mövcud ştatlar, әmәk haqqı vә tarif dәrәcәlәri kimi faydalı informasiyanın olması rәhbәrliyә vә kadrlarla iş şöbәsinә әmәk mübahisәlәrindәn qaçmaqla, kadr dәyişikliklәrini idarә etmәk imkanı yaradır. Fikrimizcә, mülkiyyәt formasından asılı olmayaraq bütün tәşkilatlarda ştat cәdvәlinin tәsdiqi vacibdir. Ştat cәdvәli tәşkilatın rәhbәrinin әmri ilә tәsdiq olunur. Ola bilәr ki, ştat cәdvәli tәsdiq olunduğu tarixdә deyil, irәli bir tarixdә qüvvәyә minsin. Bu barәdә ştat cәdvәlinin tәsdiqi ilә bağlı әmrdә qeyd olur. Ştat cәdvәli, adәtәn ilin әvvәlindә olmaqla 1 illik tәsdiq olunur.

Ştat cәdvәlinin nümunәvi formasını kitabda tәqdim edilib...

"Əmək Münasibətləri: A-dan Z-yə" (VII nəşr) və "Kargüzarlıq: A-dan Z-yə" (II nəşr)  artıq SATIŞDA

Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.

0 Komment

    Şərh yazın

    Xəbərlər